AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunmuş “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın yarımfinal mərhələsi 27 aprel 2019-cu il tarixində Bakı Mühəndislik Universitetində baş tutub və yarımfinalda 24 ali təhsil müəssisəsindən 69 komanda iştirak edib. 17 ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərmiş 1 komandası final mərhələsinə vəsiqə qazanıb. Olimpiada “ACM ICPC” (Ali məktəb tələbələrinin beynəlxalq proqramlaşdırma müsabiqəsi) qaydaları üzrə keçirilib.
Final mərhələsində komandalara 9 alqoritmik məsələni 5 saat ərzində (C, C++, Java, Python proqramlaşdırma dillərinin birində) kodlaşdırmaq tapşırığı verilib. Proqram kodları “PC^2 - Programming Contest Control System” kod qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
Final mərhələsinin nəticəsinə əsasən Bakı Mühəndislik Universitetinin “BEU Programmers” (Ülvi Aslanlı, Əyyub Nəcəfzadə, Nicad Hüseynov - komanda rəhbəri - Etibar Seyidzadə) komandası müsabiqənin qalibi olaraq 1-ci yerə layiq görülüb. 2-ci yerə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının “MSU_BAKU_3” komandası, 3-cü yerə ADA Universitetinin “ADA-Firi-J” komandası, 4-cü yerə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “ADNSU 1” komandası layiq görülüb.
Qaliblər 17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə “Azercell” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və diplomlarla mükafatlandırılacaq.
BMU-nun Mətbuat Xidməti