Ziya Məmmədovun prorektor qardaşı kolektivə təqdim olundu - TƏYİNAT

Ziya Məmmədovun prorektor qardaşı kolektivə təqdim olundu - TƏYİNAT Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov universitetdə yeni təsis edilən Strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunan Elton Məmmədovu kollektivə təqdim edib. Bu barədə ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev məlumat verib. Elton Arzuman oğlu Məmmədov 1954-cü ildə Ucar rayonununda anadan olub. 2007-ci ildə “Maye yanacaqların istilik-fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2013-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsi alıb.Hazırda AzTU-nun “Neft sənayesinin texnoloji, ekoloji problemləri və nanokompozitlərin tədqiqi və tətbiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri və “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının professor olan Elton Məmmədov 56 elmi əsərin, 3 monoqrafiyanın, 1 ixtiranın, eləcə də ali məktəblər üçün 2 dərsliyin müəllifidir. AzTU-dan verilən məlumata görə, E.Məmmədov rus, ingilis dilərini də mükəmməl bilir. Professor Elton Məmmədov 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.

Mətbuat Xidməti

Oxşar xəbərlər