Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.
Bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.
Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.
Tehsil-press.az məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətdən bildirilb ki, məsələ araşdırılacaq və yaxın müddətdə rəsmi cavab veriləcək.
Tehsil-press.az