ADPU Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda təmsil olunub

ADPU Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda təmsil olunub 25-26 iyun 2019-cu il tarixlərdə Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı" çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi" mövzusunda beynəlxalq konfransda Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. Təhsil və mədəniyyətlə bağlı müasir dövrün tələbləri, təhsil sahəsində islahatların aparılması, milli-mənəvi dəyərlərin təbliği, qorunması və bu kimi digər məsələlər konfransın əsas müzakirə mövzusunu təşkil edib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Firudin Qurbanov panel iclasda çıxış edərək Azərbaycanda təhsilin inkişafı, bu sahədə qəbul olunmuş dövlət proqramlarından, ölkəmizin multikultural ənənələrindən, milli və mədəni dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs edib. Nazir müavini həmçinin Azərbaycanda təhsilin infrastrukturunun yenilənməsi ilə bağlı atılan addımlar barədə də ətraflı məlumat verib.
Tədbirin ikinci günündə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə Avropa Birliyi tərəfindən qəbul olunmuş ümumi dəyərlərin tədris prosesində hansı fənlər və vasitələrdən istifadə etməklə tələbələrə təlqin edilməsi, ADA Universitetinin Təhsildə İnnovasiyalar Mərkəzinin rəhbəri Ülviyyə Mikayılova orta və ali təhsildə inklüziv təhsilə dair öz təcrübəsi barədə çıxış ediblər.
“Ümumi dəyərlərin təşviqində müəllimlərin rolu” adlı paralel sessiyada “Azərbaycanın müsalında: öyrətmə və öyrənmə prosesi vasitəsilə ümumi dəyərlərin təşviq edilməsi” adlı təqdimatla çıxış edən Nigar Abbaszadə təmsil etdiyi ali təhsil müəssisəsi, həyata keçirilən beynəlxalq layihələr, əcnəbi tələbələrlə işin təşkili haqqında məlumat verib. Bildirib ki, Avropa Birliyini birləşdirən və onun bütün sənədlərində təsdiqini tapmış 6 ümumi dəyəri – insan ləyaqəti, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi, insan hüquqlarına, o cümlədən azlıqların hüquqlarına hörmət dəyərlərini inklüziv təhsil, mədəniyyətlərarası səriştə (multikulturalizm), sosial birlik, elmdə tənqidi düşünçə, fəal vətəndaşlıq, media savadlılığı vasitəsilə əhatə etmək olar. Azərbaycanda öyrətmə və öyrənmə prosesində bu dəyərlərin tətbiq edilməsi istiqamətində mühüm işlər həyata keçirilib. Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən islahatlar, o cümlədən “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” Tvinninq layihəsi, inklüziv təhsilə dair “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” və “Azərbaycanda əlilliyi olan uşaqlar üçün keyfiyyətli inklüziv təhsilin genişləndirilməsi” layihələrinin sadalanan ümumi dəyərlərin geniş yayılmasında əhəmiyyətli rol oynayacağını vurğulayıb. Qeyd edib ki, şagirdlərin mənəviyyatının formalaşmasında heç nə müəllimin davranışı qədər əhəmiyyətli rol oynaya bilməz.
Sessiyanın sonunda reportaj hazırlayan müşahidəçi, Latviyanın Erasmus+ Milli Agentliyinin təmsilçisi Antra Mengele sessiyanın yekunlarına dair qısa arayış verərkən bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlərin olduqca maraqlı olduğunu və ölkəmizin təcrübəsinin digər ölkələr üçün nümunə olduğunu bildirib.
Daha sonra çıxışını tamamlayan müşahidəçi Nigar Abbaszadədən sitat gətirərək, gənc nəslin tərbiyəsində müəllimlərin roluna xüsusi toxunub.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda təmsil olunub

ADPU Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda təmsil olunub

ADPU Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfransda təmsil olunub

Oxşar xəbərlər