Şəxsiyyət və zaman tandemi insanların elə şəxsiyyət və zaman bağlılıqları ilə ilk sualların yarandığı vaxtdan fəlsəfə elminin cavablarını aktuallaşdırıb. “Bəşəriyyətin uşaq təfəkkürü ilə” qəbul edilən o suallar elə həmin təfəkkürlə də cavablandırdığı vaxtlardan ta günümüzəcən aktuallığını saxlamaqdadır. Məsələnin qəribəliyi isə ondadır ki, istənilən ictimai-siyasi formasiya hansı ideologiyanın diktəsində olmasına baxmayaraq suallara cavabların müxtəlif baxış bucaqlarını yeknəsəq edə bilməmişdir.
Günümüzədək aktuallığını saxlaya bilmiş o sualların cavabları indi də birmənalı deyil, lakin buna baxmayaraq o cavabların əksəriyyəti istənilən səviyyədə tənqidə dözümlü olaraq qalır. Şəxsiyyətmi zamanı yetişdirir, zamanmı şəxsiyyəti - suallarının cavabını isə adətən Zamanın özü verir və görünən budur ki, bu, beləcə də qalacaq.
Təqdim etdiyimiz yazının leytmotivininsə şəxsiyyət və zaman kontekstindən obyektiv yanaşma cəhdlərimizə baxmayaraq, subyektiv görünən qənaətlərin də nəzərə çarpmasının təbii qarşılanacağına ümid edirik. 1969-cu il iyulun 14-dən keçən 50 ilin bir xalq olaraq mövcud konkret nəticələrini və həmin nəticələrin açdığı perspektivləri də faktlar və arqumentlər əsasında araşdırmaq istədik.
Həmin vaxt müddəti zaman müstəvisində bir şəxsiyyətin xalqının taleyində oynaya biləcəyi rola diqqət çəkməyi bacardığı kimi, həmin rolun missiyasındakı strateji xəttin bünövrələri ilə daha cəlbedicidir.
Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Şəxsiyyət və zaman” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə yazılır ki, 1969-cu il iyul ayının 14-də Azərbaycan Sovet Sosialist Respublikasının tarixində, ilk baxışda statistik görünə biləcək hadisə baş verdi: Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Dövlət Təhlükəsizliyi Komitəsinin sədri, 46 yaşlı general Heydər Əlirza oğlu Əliyev səhhəti ilə bağlı vəzifəsindən azad olunan tibb üzrə professor Vəli Axundovu əvəz etdi. Fakt daha çox onunla diqqət çəkirdi ki, SSRİ-nin mövcudluğu tarixində onun tərkibinə daxil olan milli respublikaların birində nadir hadisələrdən biri yaşanırdı: onun rəhbərliyinə xüsusi xidmət orqanının gənc generalı gətirilirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən cəmi bir ay sonra partiyanın avqust plenumunda edəcəyi məşhur məruzəsində Heydər Əliyev respublika iqtisadiyyatındakı acınacaqlı vəziyyəti dərindən və hərtərəfli təhlil edəcək, xalq təsərrüfatında, mədəni quruculuq işlərindəki ciddi nöqsanlar və çatışmazlıqları göstərməklə yanaşı, yeni siyasi kursun strategiyasını elan edəcəkdir. Bununla da Azərbaycanın yeni tarixinin əsası qoyulacaq.
Təqdim olunan yazıda həmin illər Azərbaycanının iqtisadi həyatının dinamikasını təhlil etmək məqsədimiz olmasa belə, gələcək müstəqil Azərbaycan Respublikasında bütün sahələr üzrə fundamental təməllərin yaradılmasına başlanıldığını qeyd etmək hökmən lazım gəlir. Bunlar öz yerində. Əsas olaraq onu vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gələrkən ölkənin mədəniyyət, elm və təhsil mühitinə ayırdığı diqqət və qayğı çox qısa zamanda özünü göstərməklə bərabər, konkret nəticələrini verdi; onlar, daha doğrusu, nəticə deyil, məqsədə gedən yol üçün qurulmuş strategiyanın ilk simptomları idi. Nəyə görə Ümummilli Lider Azərbaycan üçün həmin mühiti başlıca şərt hesab edirdi? Fikrimizcə, ötən əsrin 70/80-ci illərində təkcə SSRİ deyil, dünyada ən böyük tirajla nəşr edilən “Literaturnaya qazeta”nın xüsusi müxbirinə verdiyi, “Qoy ədalət zəfər çalsın...” sərlövhəsi ilə çap olunmuş müsahibəsində həmin suala cavab verilirdi. Müsahibəni almış jurnalistin “Axı məlum bir aforizmdə “Tanrı dahilərin övladlarını dahi xəlq eləməyib” deyilsə də, ziyalı nəsilləri həmişə olmuşdur və olacaqdır” sualına Ümummilli Liderin 39 il əvvəlki cavabı təkcə zamanı üçün, elə müasiri olduğumuz vaxtlar üçün deyil, gələcək cəmiyyətimiz üçün də ibrətamiz olaraq qalacaqdır: “Biz sizinlə müxtəlif şeylərdən danışırıq. Gəlin müzakirəmizin mövzusunu dəqiqləşdirək. Ziyalını səciyyələndirən ən əvvəl nədir? Ali təhsil diplomu? Elmlər namizədi, doktorluq diplomu? Zənnimcə, yox. Ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir. Yeri gəlmişkən deyim ki, Rusiya tarixində ziyalıların faciəli aqibətinə dair misallar çoxdur; silk sədləri qoymurdu ki, bu ziyalılar xalqa sərbəst xidmət etsinlər, onların işlərinin istedadlı davamçıları olsun. Onlar bu sədləri öz imkanları daxilində aşıb keçirdilər. Canlarının hayına qalmayaraq, mədəniyyət yaymaq kimi bir məramla “xalq içinə”, əldən-ayaqdan uzaq qəzalara, çarizmin milli ucqarlarına gedirdilər. Övladlarında onların işini davam etdirmək qabiliyyəti görəndə özlərini xoşbəxt sanırdılar. Bəli, işini! Belə bir qabiliyyət görməyəndə isə övladlarını elə sahəyə yönəldirdilər ki, şəxsi imkanlarından istifadə edib özlərinə və xalqa daha çox fayda verə bilsinlər. Çünki onlar nəslin şərəfini yüksək tuturdular, övladlarını, müasir dillə desək, naqislik kompleksindən qoruyurdular”.
Hesab edirik ki, bu, bütün zamanlarda və cəmiyyətlərdə mütəmadi olaraq səsləndirilən “Ziyalı nə cür olmalıdır?” sualının ən mükəmməl cavabıdır. Ümummilli Lider hesab edirdi ki, ziyalı lokomotiv olmalı, cəmiyyət, onun gələcəyi üçün ideyalar generatoru funksiyasını yerinə yetirməlidir. Adıçəkilən müsahibəsində o, dialektik inkişafın sadə, çox sadə formulunu adi dildə izah edərkən ziyalılığın başlıca potensialını belə göstərirdi: “Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur! Qətiyyətli adamların sevinc hissi süst, ətalətli, “mənə dəxli yoxdur” mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzluqlara, xalq malını oğurlayanlara heç bir zaman nəsib ola bilməz. Bu, əvvəldən belədir, şərə qarşı mübarizənin zirvəsində vəziyyət kəskinləşir, sonra nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyrin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq. ...Biz həyat tərzimizin əxlaq prinsiplərini bərqərar etmək uğrunda mübarizədə ictimai rəyin öyrənilməsinə və nəzərə alınmasına xüsusi əhəmiyyət veririk”.
Ümummilli Liderin adıçəkilən müsahibəsində ibrətamiz məqam isə daha çox onunla bağlıdır ki, o, zaman olduğu kimi, xalqımızın kamillik məktəbinin qədim zamanlardan gəldiyini yada salmağı burada da unutmur və müsahibəsini belə yekunlaşdırır: “...XII əsrin böyük Azərbaycan şairi Nizami Gəncəvi demişdir:
Əgər istəyirsən ürəyin gülə,
Qoyma pis niyyətlər fikrinə gələ.
Nalayiq əməllər görsən harada,
Odlu nəfəsinlə yandır, məhv elə!
Yeri gəlmişkən, Ümummilli Lider kamillik məktəbimizin mayası ilə qürur duyur, həmin məktəbin əsrlərin süzgəcindən keçib gələn, yaradıcılıqları, bəşəri ideyaları ilə Azərbaycanın sərhədlərini çoxdan keçmiş onlarla fikir və söz insanlarını hər məqamda müasirləri üçün məhək daşı kimi görürdü. Azərbaycana rəhbərlik etdiyi ilk aylarda yaradılmasının 50 illiyi Heydər Əliyevin birbaşa tapşırığı ilə geniş şəkildə qeyd edilən indiki Bakı Dövlət Universitetinin yubiley tədbirindəki çıxışı tarixi paralellər üzərində qurulmuşdu. O zaman dövrün tələbinə uyğun olaraq SSRİ respublikalarının böyük əksəriyyəti kimi Azərbaycanda da rəhbər şəxslərin analoji tədbirlərdə rusca çıxış etmələri bir protokol qaydası kimi dəyişilməz idi. Daşlaşmış oxşar ənənələrin sərhədlərini ilk dəfə Heydər Əliyev aşırdı. O, 1919-cu ildə böyük bir hadisə olaraq xalqımızın tarixinə yazılan günü, Bakı Dövlət Universitetinin yaradılmasını təsadüf adlandırmır, xalqımızın elmi potensialının və elmə verdiyi dəyərlərin fakta çevrilməsi kimi təqdim edərək tarixi zərurətdən doğan hadisə kimi təqdim edirdi.
Sovet dövrünün ictimai-siyasi mühitini, həmin mühiti yaradan ideologiyanın diktələrini yada salmaqla onu qeyd etməyi vacib sayırıq ki, yuxarıda sitat kimi göstərdiyimiz sözləri demək üçün Heydər Əliyev qətiyyəti lazım idi. “Tam əsasla demək olar ki, respublikamızın digər ali məktəbləri də Azərbaycanın ilk ali məktəbi ilə qohumdur. Azərbaycan Dövlət Universitetinin yetişdirmələri Sovet Azərbaycanının 12 ali məktəbinin hamısında səmərəli elmi-tədqiqat işi aparırlar” deməklə uzaq 50 il əvvəl Bakı Dövlət Universitetinin təməlini qoymuş insanları minnətdarlıqla anmağı da unutmayaraq qərarın qəbul edilməsindəki çətinlikləri də yada salırdı: “1919-cu ildə, Azərbaycanın ictimai dairələrində universitet açmaq haqqında məsələ müzakirə olunduqda bəziləri şəkk gətirib deyirdilər ki, bu iş baş tutmayacaqdır, yaxşısı budur, gəncləri xarici ölkələrin tanınmış universitet mərkəzlərində təhsil almağa göndərək. Bu gün biz həmin inamsızlara deyə bilərik ki, dörd qitənin elçiləri təhsil almaq üçün Sovet Azərbaycanına gəlirlər. Sovet Azərbaycanının ali məktəblərində dünyanın 27 xarici ölkəsinin gəncləri təhsil alırlar. Azərbaycan universitetinin tarixi xidməti bir də bundadır ki, o, Azərbaycanın xalq təsərrüfatı, elm və mədəniyyəti üçün yüksək ixtisaslı mütəxəssislərin böyük bir dəstəsini hazırlamışdır”.
Heydər Əliyevin Azərbaycan xalqının mənəviyyatına hopmuş insanların xatirəsinə ehtiramını onun rəhbərliyə gəldiyi ilk zamanlarda izləməyənlər belə tariximizdə əbədi qalacaq əməllərin izi ilə gedə bilərlər. Onun Azərbaycana birinci rəhbərliyinin 13 ilində ədəbiyyatımız və elmimizə, mədəniyyət və incəsənətimizə qayğının nəticəsi idi ki, Heydər Əliyevin rəhbərliyinə qədər yaradıcı şəxslərdən bircə nəfərin belə SSRİ-də ən ali ad olan Sosialist Əməyi Qəhrəmanı adı almamasına baxmayaraq, şair və yazıçılardan bu ada Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimov və Süleyman Rəhimov, incəsənət xadimlərindən Niyazi, Qara Qarayev, Fikrət Əmirov və Rəşid Behbudov təqdim olunaraq aldılar. 1970/80-ci illərdə rejissor Tofiq Tağızadənin “Dədə Qorqud”, rejissor Eldar Quliyevin “Babək” və “Nizami”, rejissor Həsən Seyidbəylinin “Nəsimi” filmləri təkcə mənəvi və tarixi şəxsiyyətlərimizi daha dərindən tanıtmaqda deyil, respublikanın yaradıcı şəxslərinin potensialının üzə çıxarılmasında da mühüm rol oynadı. Yeri gəlmişkən, həmin illərdə rejissor Rasim Ocaqovun Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “İstintaq” filmi sovet kinematoqrafiyasında hadisəyə çevrilərək SSRİ Dövlət Mükafatına layiq görüldü.
Təkcə Azərbaycan ədəbiyyatında deyil, türk xalqları ədəbiyyatında mühüm yer tutan, 1930-cu illər repressiyasının qurbanı olmuş Hüseyn Cavidin nəşinin vətənə gətirilərək burada torpağa verilməsi də Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi isə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyası ilə təsbit olundu və bu hadisənin müəllifi Heydər Əliyev idi. O tarixi anların qətiyyən asan olmadığını sonralar, artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyev 1995-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında belə xatırlayacaqdır: “Azərbaycan dilinin dövlət dili olması haqqında müddəa Azərbaycanın 1978-ci il Konstitusiyasının 73-cü maddəsində “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” yazılaraq təsbit edildi. Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovet İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz Konstitusiyamıza yazmalıyıq və yazacağıq”.
Azərbaycan təhsilinə Ümummilli Liderin qayğısı haqqında çox deyilib və yazılmasına baxmayaraq, o faktı minnətdarlıq hissi ilə bir daha xatırladaq ki, Sovet İttifaqının ən nüfuzlu ali təhsil ocaqlarına göndərilərək təhsil alan və yüksəkixtisaslı mütəxəssislər kimi vətənə dönən gənclərin mənəvi atası Heydər Əliyevdir.
On üç il ərzində SSRİ-nin 170 qabaqcıl ali məktəblərində 250-dən artıq ixtisas üzrə 15 mindən çox azərbaycanlı bu tarixin yaşadıcısı olaraq bir tarixi fakta çevrildilər.
Bununla bərabər, respublikamızda ümumi оrta, texniki peşə, оrta ixtisas və ali təhsilin əsaslı yüksəlişi Ümummilli Liderin adı ilə bağlıdır. Onun təşəbbüsü ilə qəbul оlunaraq həyata keçirilən mühüm qərarlar ölkəmizdə təhsilin keyfiyyətini əsaslı olaraq dəyişib. “Gənclərin ümumi оrta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”, “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” qərarlar həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr pоtensialının əsaslı şəkildə yaxşılaşdırılmasına impuls verdi.
Ali və оrta ixtisas təhsili məsələlərinə Ümummilli Liderin qayğısını göstərən bu faktı qeyd edək ki, 1969-cu illə müqayisədə 1982-ci ildə respublikada ali təhsil оcaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı 70 mindən 100 minə yüksəlmişdi.
Xatırladaq ki, 1982-ci ilin noyabrında SSRİ rəhbərliyinə gəlmiş Yuri Andropovun tövsiyəsi ilə Sov.İKP MK-nın Siyasi Bürosuna üzv seçilərək SSRİ Nazirlər Soveti sədrinin I müavini postuna təyin olunan Heydər Əliyev dünyanın ən böyük və qüdrətli dövlətinin siyasi rəhbərliyində olarkən də Azərbaycan təhsilinə qayğısını əsirgəməyib. Bu, ayrı bir yazının mövzusudur.
Onun 1982-ci ilin payızında təhsil aldığım, bu gün ikinci evimə dönmüş Azərbaycan Dövlət Pedaqoji Universitetinin 60 illik yubileyi çərçivəsindəki tədbirlərə qatılmasını, indiki DTX-nın Şəhriyar adına Mədəniyyət Mərkəzindəki tarixi çıxışını isə ömrüm boyu xatırlayacağam. Ümummilli Liderimiz üzünü bizə, gələcəyin müəllimlərinə tutaraq deyirdi: “Siz həm də ona görə güclüsünüz ki, cəmiyyəti formalaşdırmaq kimi missiyanız var”.
Bu, müdrik insanın müəllim əməyinə verdiyi ən böyük qiymət idi.
Tehsil-press.az