Bu gün görkəmli linqvist alim, filologiya elmləri doktoru, professor Vladimir Dmitriyeviç Arakinin anadan olmasından 115 il keçir. Filoloq alimlər V.D.Arakini qərb və şərq dilləri sahəsində görkəmli mütəxəssis kimi tanıyırlar.
Bakı Dövlət Universitetinin dosenti Qivaməddin Rəhimovun öz müəllimi, professor V.D.Arakin haqqında xatirələrini təqdim edir.
V.D.Arakin 1922-1926-cı illərdə Leninqrad Şərq Dilləri İnstitutunda “Türk dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb, əlavə olaraq, ərəb, fars və müasir yunan dillərini öyrənib. 1926-1930-cu illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Pedaqogika fakültəsinin Qərb dilləri və ədəbiyyatı bölməsində “İngilis dili” ixtisası üzrə təhsil alıb, eyni zamanda, İsveç dilini öyrənib. 1943-1947-ci illərdə Sovet Ordusunun Hərbi Xarici Dillər İnstitutunun Skandinav dilləri kafedrasının rəisi olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində V.D.Arakin tərəfindən “İsveç dilinin tarixi” və “Müasir İsveç dilinin nəzəriyyəsi” adlı yeni xüsusi kurslar yaradılması sayəsində Roman-german dilçiliyi kafedrası çərçivəsində skandinav dilləri istiqaməti formalaşmağa başlanıb.
1958-1983-cü illərdə V.D.Arakin V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunda əvvəlcə Xarici dillər kafedrasına, daha sonra İngilis dili kafedrasına rəhbərlik edib. Burada onun redaksiyası ilə beşcildlik “İngilis dilinin praktiki kursu” adlı dərsliklər seriyası yaradılıb. Bir sıra universitetlərin və pedaqoji ali məktəblərin tələbələri onilliklər boyu bu dərsliklər əsasında təhsil alıb və bu gün də təhsil alırlar.
V.D.Arakin çoxsaylı lüğətlərin, o cümlədən ilk tam “Norveçcə-rusca lüğət”in müəllifidir. O, lüğətlərin tərtibində uzlaşmanı elmi yanaşma kimi tətbiq edirdi. V.D.Arakin öz linqvistik işlərində uzlaşma və semantik strukturu, valentlik ilə uzlaşmanın fərqlənməsini şərtləndirən linqvistik amilləri, leksik və qrammatik cəhətlərin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini tədqiq edib. Bundan əlavə, o, nisbətən az tədqiq edilmiş samoa, malqaş, taiti və digər dilləri də öyrənirdi.
V.D.Arakin dil strukturunun bütün səviyyələrində dillərin müqayisəli-tipoloji təhlil vahidləri sistemini yaradıb, dilçiliyin bir bölməsi və tədris fənni kimi müqayisəli tipologiyanın predmetini, məzmununu və prinsiplərini hərtərəfli əsaslandırıb. O, tipoloji dilçilik sahəsində tipoloji əlamətlərin tədqiq edilməsi məqsədilə konkret dillərin belə adlandırılan “tipoloji pasportları”nı yaratmağı təklif edib. V.D.Arakinin tipoloji baxışları “İngilis və rus dillərinin müqayisəli tipologiyası” kitabında, habelə “Skandinav dillərinin tipologiyası” və “Türkologiyaya giriş” kimi sanballı monoqrafiyalarda şərh edilib.
Vladimir Dmitriyeviç Arakin kimi parlaq şəxsiyyətlərə az-az rast gəlinir. Parlaq mühazirəçi istedadına malik olan, aspirantları ilə yorulmadan çalışan bu şəxs bütöv bir elmi məktəb yaradıb. Onun 100-dən çox şagirdi müxtəlif dillərin materialları əsasında dissertasiyalar müdafiə ediblər.
V.D.Arakin son dərəcə xeyirxah insan, adamları anlamağı və onlara kömək etməyi bacaran qayğıkeş müəllim idi. O, heç vaxt ətrafındakı insanlara köməyini əsirgəmirdi. Onun şöhrəti, səmimiyyəti və bütün ölkə alimləri ilə şəxsi əlaqələri aspirantları üçün çox xeyirli olub.
Dünyaşöhrətli alim, nadir istedadlı poliqlot, mahir pedaqoq və çox maraqlı insan olan Vladimir Arakin haqqında nə qədər yazsalar, azdır. Vladimir Dmitriyeviç hərtərəfli insan idi. Əhatə dairəsinin genişliyinə baxmayaraq, insanlarla rəftarında çox sadə və ünsiyyətcil idi. Əsl ziyalılıq və nəzakətlilik mücəssəməsi olan bu insanla ünsiyyətdə olmaq asan və maraqlı idi.
1979-1983-cü illərdə V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun (MDPİ) aspiranturasında təhsil aldığım dövrdə mənə Vladimir Arakinlə ünsiyyətdə olmaq, onun rəhbərliyi altında işləmək xoşbəxtliyi nəsib olub. Vladimir Dmitriyeviçin mühazirələrində auditoriya həmişə dolu olurdu. Onun mühazirələri materiallın məntiqi şərhi, əsas müddəaların dolğunluğu, parlaq linqvistik faktlardan gətirilən nümunələr ilə dinləyiciləri cəlb edirdi. Biz – Vladimir Dmitriyeviçin şagirdləri onu son dərəcə diqqətlə dinləyirdik. Onun mühazirələrini yazmaq asan idi. Çünki müddəalar bir-birindən hasil olurdu. Mühazirədən sonra müdavimlər həmişə onu əhatəyə alır, müxtəlif suallar verir, dissertasiya mövzularını müzakirə edirdilər. V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun aspiranturasında Vladimir Dmitriyeviç Arakinin rəhbərliyi altında təhsil aldığım dövr mənim həyatımda mühüm hadisə olub.
Tehsil-press.az