Xoşbəxt övlad böyütməyin 5 ƏSAS QAYDASI

Xoşbəxt övlad böyütməyin 5 ƏSAS QAYDASI Hər ana və ata xoşbəxt, bacarıqlı və uyğunlaşma problemi yaşamayan övlad böyütmək istəyər. Lakin günün yorğunluğu və stressi ilə mübarizə aparmağa çalışarkən eyni zamanda uşaqların ehtiyaclarını qarşılamaq və onlara həyat dərsləri öyrətmək çətin məsələdir.
Bu nöqtədə uşaqlarınıza 5 əsas şeyi öyrətməlisiniz.
Ətrafınızdakı insanları ittiham etməyin
Başqalarını ittiham etdiyiniz zaman özünüzü ikiqat ittiham etməyə meyilli olursunuz. İttiham etmək yerinə biri haqqında açıqfikirli olmaq, maraq və empatiya ilə həm başqaları, həm də özünüzə şəfqətlə yanaşma duyğusunu inkişaf etdirir. Uşaqlarınızın başqaları haqqında düşüncələrini genişləndirlməsinə yardım edin. Qatı düşünmək formasından uzaqlaşdırın.
Səhv etmək təbiidir
Mükəmməllik üçün cəhd etmək şəxsiyyətə hörmətə zərər verir. Çünki mükəmməl olmaq mümkünsüzdür. Hər kəs səhv edir. Bu, öyrənmək və böyüməyin bir parçasıdır. Utanmaq yerinə səhvlər haqqında açıq müzakirə qurmaq daha yaxşıdır. Beləliklə, təzyiq və günah da aradan qalxar. Öz səhvləriniz və onlardan çıxardığınız dərsləri uşaqlarınızla paylaşın.
Özünüzü daha yaxşı hiss etmək gücünə sahibsiniz
Bir çox uşaq güclü duyğularla mübarizə aparmağın yollarını öyrənə bilməz. Bu da depressiyaya və özlərini süni aparmalarına səbəb olar. Yüksək stress zamanlarında özlərini sakitləşdirmələri üçün uşaqlarınıza kömək edin. Bir az yatmaq, duş almaq, oyun oynamaq, musiqi dinləmək, gündəlik yazmaq, meditasiya etmək, rəsm çəkmək, gəzməyə çıxmaq və yaxud özünü yaxın hiss etdiyi biri ilə söhbət etmək onu yüngülləşdirəcək. Özlərini sakitləşdirmək bacarığına sahib uşaqlar özlərini təhlükəsizlikdə hiss edər və onalrın hər şəraitə uyğunlaşmasını asanlaşdırar.
Hissləriniz önəmlidir
Hisslərinizin yanlış və ya utancverici olduğunu düşünmək stress qaynağıdır. Uşaqlarınız həqiqi duyğularınız gizləməyə çalışanda problemlər ortaya çıxır. Uşaqlarınızın hisslərini bölüşməsi üçün fürsət tanımaq və bunları təsdiq etmək əhəmiyyətlidir. Bu, onların daxili təlatümlərinin fərqinə varmağına yardımçı olacaq.
Özünüzə hər zaman güvənin
İnsanların özlərini qorumaq üçün istifadə edə biləcəyi ən böyük vasitələrdən biri hissləri və müşahidələridir. Bu tərəfimizə diqqət etməyi və güvənməyi bilməliyik. Çünki insanlarla münasibət qurmaqda əhəmiyyətli rola malikdirlər. Uşaqların inanclarına inanması və sahib çıxması onların özlərinə güvənini gücləndirir.

Tehsil-press.az



Oxşar xəbərlər