Xoşbəxt olmaq istəyirsənsə, olduğun indiki andan razı ol

Xoşbəxt olmaq istəyirsənsə, olduğun indiki andan razı ol Bəzi vaxtlar düşünürük ki, nə qədər sərvətə malik olduğumuz mühüm deyildir. Mühüm olan odur ki, hal-hazırkı halımızdan razı olaq. İnsanlar tanıyırıq ki, hər şeyləri vardır, ancaq xoşbəxt deyildirlər və əllərində olandan razı deyildirlər. Ancaq əksinə, elə insanlar vardır ki, sərvətlərinin az olmasına baxmayaraq, xoşbəxtdirlər. Çünki əllərində olandan razıdırlar.
Həyat anlardan ibarətdir. Bir andan sonra növbəti an gələr və ondan sonra da növbəti olan. Əgər xoşbəxt olmaq istəyirsinizsə, gərək hər an xoşbəxt olmağı təmrin edəsiniz.
Müəllimim deyirdi ki, əgər xoşbəxt olmaq istəyirsənsə, olduğun indiki andan razı ol və sonrakı an gəlib çatanda yenə də razı ol. O, bizim ancaq həmin anda şad və xoşbəxt olmağımız üçün çalışırdı. Ancaq görürük ki, müəllimin sözlərindən illər keçmişdir və biz bu illər arzində razı və xoşbəxt olmuşuq. Əgər insan olduğu anından narazı olarsa sonrakı anlarda da narazı olacaqdır. Sonra özünə gələndə görəcəkdir ki, 50 il keçib və o, hələ də narazıdır.
Ona görə də psixoloqlar məsləhət görürlər ki, insan gərək qərar tutduğu andan razı olsun. Həmin anda gördüyü işdən ləzzət alsın. Bu, heç də rahat bir iş deyildir. Misal üçün səhər yuxudan dururuq və əl-üzümüzü yuyuruq. Həmin an yüzlərlə şey fikirləşirik. Sonra səhər yeməyini yeyirik və fikrimiz həmin yüz şeydədir. Ancaq səhər yeməyini unuduruq. İş görən zaman da fikrimiz başqa şeylərdədir, həmin işdən savayı. Bu da səbəb olar ki, həmin işlərdən enerji almayaq, həmin anlardan ləzzət almayaq.
Bağışlamağı bacarın. O insanlar ki, sizə ziyan vurmuşdur, qoyun keçmişdə qalsınlar. Bağışlamaq hissi ilə nifrət, kin, qəzəb hissi də sizi tərk edəcəkdir.
Ətrafınızı müsbət düşünən insanlarla doldurun. Bu insanlar gələcəyi görən insanlardırlar. Lakin gələcəyin onların indiki həyatlarına təsir etməsinə imkan vermirlər. Onlar keçmişlərindən də şikayət etmirlər. Onlardan çox şey öyrənmək olar.
Ona görə də bu gündə yaşamağı bacarın. Hər andan ləzzət almaq hər kəsin hünəri deyildir. Ancaq əgər onu əldə edə bilsəniz, həyatınız şadlıq və ləzzətlə dolu olacaqdır.
Hər şeydən əvvəl gülümsəməyi öyrənin. Elə indidən dediklərimizə əməl edin!

Tehsil-press.az

Oxşar xəbərlər