Azərbaycanda BMT kitabxanası fəaliyyət göstərir. Bu kitabxana ölkənin aparıcı ali təhsil müəssisələrindən birində - Qərbi Kaspi Universitetində yerləşir.
Universitet kitabxana fondunun zənginləşdirilməsi istiqamətində ardıcıl işlər aparmaqla yanaşı 3 il öncə qurulmuş BMT kitabxanasının beynəlxalq təşkilatların müxtəlif nəşrləri ilə zənginləşdirilməsi prosesini də ötən dövr ərzində davam etdirib. Təhsil müəssisəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının Depozitariya Kitabxanası yaradılıb. Bununla da, Qərbi Kaspi Universiteti ölkəmizdən sözügedən kitabxana proqramına daxil edilmiş ilk və yeganə ali təhsil ocağı olub.
Bundan başqa, BMT-nin Səhralaşmaya qarşı Mübarizə üzrə Konvensiyası, BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Əhali Fondu, həmçinin Ümumdünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf Mühit Proqramının birgə beynəlxalq orqanı olan İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin Katiblikləri nəşrlərinin Qərbi Kaspi Universitetinin kitabxanasına töhfə edilməsi barədə müsbət qərar qəbul ediblər və bu təşkilatlardan da ədəbiyyatlar kitabxana fonduna ardıcıl şəkildə daxil olur.
Eyni zamanda, Universitet Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası Proqramına qoşulub. Sözügedən proqram çərçivəsində ildə iki dəfə ÜƏMT Katibliyi tərəfindən Qərbi Kaspi Universitetinə müxtəlif nəşrlər təqdim olunur.
Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanası da oxucuların ixtiyarındadır. Kitabxana paralel olaraq BMT-nin Uşaq Fondu, ÜTT Ümumdünya Ticarət Təşkilatı, İqlim Dəyişiklikləri üzrə Hökümətlərarası Ekspertlər Qrupu, Asiya İnkişaf Bankı, Beynəlxalq İntellektual Mülkiyyət Təşkilatı kimi qurumlarla da sıx əməkdaşlıq şəraitində işləyir, onların ədəbiyyatlarını qəbul edir.
Kitabxana fondunda 1000-ə yaxın kitab toplanıb. Kitablar müxtəlif istiqamətləri əhatə edir, onların arasında dərs vəsaitləri ilə yanaşı nadir məlumat topluları da var. Kitabxanada Azərbaycan dilinə tərcümə olunmuş kitablarla yanaşı, bir neçə xarici dildə olan ədəbiyyatların elektron variantından da istifadə etmək mümkündür.
Kitabxana fondu elmi tədqiqat aparan magistr, doktorant və dissertantlar üçün də olduqca əhəmiyyətlidir. Belə ki, burada elmin müxtəlif istiqamətlərinə dair ən son yenilikləri özündə əks etdirən ədəbiyyatlar toplanıb.
Kitabxana fondu yalnız Qərbi Kaspi Universitetinin tələbələri üçün deyil, ölkənin istənilən təhsil müəssisəsində təhsil alan tələbə və magistrlar, eləcə də elmi tədqiqatçılar üçün açıqdır.
Ümumiyyətlə isə hazırda Qərbi Kaspi Universitetinin kitabxanası 65.000-dən çox ədəbiyyat, 500-dən çox mikroforma və informasiyanın başqa mənbələri ilə ölkədə ən zəngin kitabxanalardan biridir. Kitabxana Fondunda ingilis dilində 16 000-dan çox ədəbiyyat mövcuddur.
Fotoda: Azərbaycan Respublikasında BMT-nin Rezident əlaqələndiricisi Qulam İshaqzai Qərbi Universitetində yaradılmış BMT Depozitariya Kitabxanasında.
Tehsil-press.az