Dövlət qurumlarında işləmək istəyən gənc arzusunu ADA Universitetində aldığı təhsillə reallaşdıracaq

Dövlət qurumlarında işləmək istəyən gənc arzusunu ADA Universitetində aldığı təhsillə reallaşdıracaq ADA Universitetinin bakalavr pilləsinə qeydiyyat davam edir.
Samir Əlizadə 655 bal qazanaraq ADA Universitetinin dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olub. Tələbələr ADA-nın Karyera Mərkəzi vasitəsilə karyera planlamasına 1-ci kursdan başlayır. Samir Əlizadə əmindir ki, dövlət qurumlarında işləmək arzusunu ADA Universitetində aldığı təhsillə reallaşdıracaq.
“Rəsmi qurumlarda fəaliyyət göstərmək mənim uşaqlıq arzumdur. Düşünürəm ki, təhsil alacağım fakültədə peşəkar kimi yetişmək fürsəti qazanacağam. ADA Universitetində təhsilin ingilis dilində olması bu ali məktəbin üstünlükərindən biridir”, - deyə Samir Əlizadə bildirib.

ADA-nın Mətbuat Xidməti

Oxşar xəbərlər