Ali təhsil almaq, jurnalist peşəsinə yiyələnmək istəyən Zeynəb Əlizadə Azərbaycan Dillər Universitetinin (ADU) “Jurnalistika” ixtisasına qəbul olub.
Tələbənin ailəsinin maddi durumu təhsil haqqını ödəmək iqtidarında olmadığından o, sosial şəbəkə vasitəsi ilə universitetə müraciət edib. Onun müraciətindən sonra ADU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə təhsil haqqı toplanıb.
Zeynəb Əlizadənin ödənişli əsaslarla qəbul olması onun təhsil almaq ümidini sarsıdıb. Ancaq Orxan Bağızadəyə göstərilən diqqətdən sonra onda yeni bir ümid yaranıb: “Heç ümidim yox idi ki, təhsil ala bilərəm. Orxan Bağızadənin məsələsindən sonra mənə yeni ümid gəldi”.
ADU-nun tələbəyə yüksək dəyər verdiyini qeyd edən tələbə bildirib ki, burada ona çox kömək ediblər, öz doğmları kimi dəstək olublar, arzusu gerçəkləşib. O, buna görə hər kəsə minnətdarlıq edib.
ADU-nun beynəlxalq əlaqələri və nüfuzu, burada peşəkar jurnalistlərin yetişdirilməsi Zeynəbin bu ali təhsil ocağını seçməsinə səbəb olub. Zeynəb gələcəkdə peşəkar jurnalist kimi fəaliyyət göstərmək, Azərbaycan Dillər Universitetini layqincə təmsil etmək arzusundadır.
Zeynəb Əlizadənin nənəsi Mərcan Əliyeva yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə, universitet rəhbərliyi başda olmaqla hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, tələbə ilə bağlı elan paylaşılandan sonra Zeynəbin I kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı toplanıb.

ADU-nun Mətbuat Xidməti