Hörmətli Zeynəb xanım, öncədən Sizi salamlayır, yaş gününüzü gec də olsa təbrik edir, uzun ömür, cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Xalq artisti Zeynəb Xanlarovaya
Neçə ölkələri gəzdin, dolaşdın,
Milyon ürəklərə sonsuz yol açdın.
Sönməz nəğmələrlə elə nur saçdın,
Ay Odlar yurdunun mahnı çeşməsi!
Riqqətə gətirir elləri səsin,
Gülə ətir verir odlu nəfəsin.
Dağlarda coşdurur selləri səsin,
Min bir çiçəklərin bal piyaləsi!
Ey azad yurdumun bəxtəvər qızı,
Əbədi parlayan mahnı ulduzu,
Sənət dünyasının solmayan yazı,
Qönçə dodağında səhər jaləsi!
Acizəm, mən necə vəsf edim Sizi,
Şair yaradıbdı təbiət Sizi!...
Qoy Dünya eşitsin şux nəğmənizi,
A bağlar bülbülü, dağlar çeşməsi!
Rəqs də, mahnı da yaraşır Sizə,
Haqlı nəsib olub səadət Sizə!
Böyük fəxrsiniz Vətəninizə,
Ey Misgin Kərəmin mahnı müjdəsi!
Xalq artisti Zeynəb Xanlarovaya
Neçə ölkələri gəzdin, dolaşdın,
Milyon ürəklərə sonsuz yol açdın.
Sönməz nəğmələrlə elə nur saçdın,
Ay Odlar yurdunun mahnı çeşməsi!
Riqqətə gətirir elləri səsin,
Gülə ətir verir odlu nəfəsin.
Dağlarda coşdurur selləri səsin,
Min bir çiçəklərin bal piyaləsi!
Ey azad yurdumun bəxtəvər qızı,
Əbədi parlayan mahnı ulduzu,
Sənət dünyasının solmayan yazı,
Qönçə dodağında səhər jaləsi!
Acizəm, mən necə vəsf edim Sizi,
Şair yaradıbdı təbiət Sizi!...
Qoy Dünya eşitsin şux nəğmənizi,
A bağlar bülbülü, dağlar çeşməsi!
Rəqs də, mahnı da yaraşır Sizə,
Haqlı nəsib olub səadət Sizə!
Böyük fəxrsiniz Vətəninizə,
Ey Misgin Kərəmin mahnı müjdəsi!
Kərəm Nəbiyev