ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib

ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2019-2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetə qəbul olunmuş I tədris ili tələbələrini və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə yeni-yeni uğurlar arzulayıb.
Rektor Cəfər Cəfərov çıxışında bildirib ki, “Təhsil millətin gələcəyi, müstəqil dövlətin təməlidir!” söyləyən ümummilli liderimiz Heydər Əliyev müəllim peşəsini yüksək qiymətləndirərək demişdir: “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Ölkə rəhbərliyinin mütərəqqi siyasət nəticəsində təhsil Azərbaycanın dövlət siyasətinin və milli inkişaf strategiyasının prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva elm və təhsilin inkişafında əvəzsiz xidmətlər göstərir. Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini məhz təhsilə diqqət və qayğı təşkil edir.
Rektor qeyd edib ki, 2019-2020-ci tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 8 fakültə, 22 ixtisas üzrə 2298 nəfər tələbə qəbul olunub. 1442 nəfər tələbə dövlət sifarişi əsasında, 856 nəfər tələbə isə ödənişli əsaslarla qəbul olunub. Məmnunluqla deyə bilərik ki,ADPU builki tədris ilində də tələbə qəbulunda uğurlu nəticələr əldə edib. Bu il ADPU-ya qəbul planı 96,4% dolub. Məlumat üçün onu da qeyd edim ki, yeni tədris ilində ADPU-nun Şəki Filialına 9 ixtisas üzrə 220 nəfər, Quba Filialına 6 ixtisas üzrə 202 nəfər, Ağcabədi Filialına 5 ixtisas üzrə 137 nəfər, Şamaxı Filialına 5 ixtisas üzrə 143 nəfər, Cəlilabad Filialına 4 ixtisas üzrə 131 nəfər qəbul olunub. Filiallara 833 nəfər tələbə qəbul olunub. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) 7 ixtisas üzrə 1055 nəfər tələbə qəbul olunub. ADPK-də qəbul 97% olub. Bütövlükdə ADPU-ya filiallar və kolleclə birlikdə 4186 nəfər tələbə qəbul olunub.
Qeyd edilməlidir ki, son illər yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilən ADPU-nu seçənlərin sayı artıb. Bu il 338 nəfər gənc 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Onlardan 189 nəfər Filologiya fakültəsinə, 63 nəfər Tarix və coğrafiya fakültəsinə, 48 nəfər Riyaziyyat fakültəsinə, 27 nəfər Kimya və biologiya fakültəsinə, 11 nəfər İbtidai təhsil fakültəsinə qəbul olunub. 1 nəfər 608 bal toplayaraq Riyaziyyat fakültəsinə qəbul olunub. ADPU-nun 5 filialı üzrə 27 nəfər 500-dən çox, 2 nəfər isə 600-dən çox bal toplayıb. Bütövlükdə bu il ADPU-ya filiallarla birlikdə 500-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı 365 nəfərdir. Cari tədris ilində filiallarla birlikdə 3 nəfər gənc 600-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub.
Bu il ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulun nəticələri də qənaətbəxşdir. Belə ki, ADPU-ya ali təhsilin magistratura səviyyəsində 20 ixtisas, 22 ixtisaslaşma üzrə 310 nəfər qəbul olunub. Onlardan 125 nəfəri dövlət sifarişi əsasında, 185 nəfəri isə ödənişli əsaslarla qəbul olunub. Magistraturaya qəbul planı 91,4% dolub. Elmi-statistik təhlil baxımından bu rəqəmlər həm ali təhsilin bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində uğurlu göstəricilərdir. Bu uğurlu göstəricilərə isə son illər dövlət başçısının təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, cəmiyyətdə müəllim peşəsinin ictimai nüfuzunun yüksəldilməsi üçün həyata keçirdiyi geniş islahatlar, həmçinin ADPU-da idarəetmə və təhsil sahəsində gerçəkləşən tədbirlər nəticəsində nail olunub.
Rektor Cəfər Cəfərov çıxışının sonunda vurğulayıb ki, yaranma tarixi baxımından ölkəmizin ikinci qədim universiteti, bu gün isə struktur, professor-müəllim və tələbə heyəti baxımından üçüncü ən böyük universiteti olan ADPU son illər cəmiyyətdə öz nüfuzunu bərpa edə bilib. Bu gün Pedaqoji Universitetin adı ölkəmizdə fəxrlə çəkilir. Biz inanırıq ki, siz universitetimizin adını daha yüksəklərə qaldıracaqsınız. Qoy yeni tədris ili yeni uğurlar, yeni sevinclər gətirsin!
Tarix və coğrafiya fakültəsinin Azərbaycan tarixi kafedrasının müəllimi Samirə Ramazanova, 608 balla Riyaziyyat fakültəsinə qəbul olunmuş Gülnar Qasımzadə, övladı ADPU-ya qəbul olunmuş Cocuq Mərcanlı kənd sakini Elman Piriyev, Tələbə Gənclər Təşkilatının sədri Nurlan Hüseynov çıxış edərək müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər, onlara uğurlar arzulayıblar.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib

ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib

ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib

ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib

ADPU-da 2019-2020-ci tədris ilinin başlanması münasibətilə  tədbir keçirilib

Oxşar xəbərlər