Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilib

Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilib Oktyabrın 2-də Sinir-Əzələ Xəstəlikləri üzrə 1-ci Bakı Beynəlxalq Konfransı keçirilib.
Tədbirdə Almaniya, Gürcüstan, Azərbaycan və Rusiyadan mütəxəssislər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli qonaqları salamlayıb. Onun sözlərinə görə, bu gün ATU baza tibb təhsili ilə yanaşı həkim rezindentlərin hazırlanmasında çox aktiv iştirak edir:
"Nevrologiya, sinir-əzələ xəstəliklərinin öyrənilməsi universitet üçün əhəmiyyətli mövzulardandır. Burada müxtəlif ölkələrdən mütəxəssislər iştirak edir. Bu, həmin mütəxəssislər arasında əməkdaşlığın yaranmasına kömək edəcək".
Tədbirdə iştirak edən Milli Nevroloqlar Assosiasiyasının prezidenti Rəna Şirəliyeva konfransın işinə uğurlar arzulayıb.
"Elmi konfransların keçirilməsi artıq ənənəyə çevrilib. Belə tədbirlər Azərbaycan alimləri, tibb işçiləri üçün çox əhəmiyyətlidir", - deyə o əlavə edib.

ATU-nun Mətbuat Xidməti



Oxşar xəbərlər