Peşə Təhsil Mərkəzinin nümayəndələri İslam Kulinariya Çempionatında 11 medal qazanıblar

Peşə Təhsil Mərkəzinin nümayəndələri İslam Kulinariya Çempionatında 11 medal qazanıblar Dünya İslam Kulinariya Konqresi çərçivəsində təşkil olunan II Beynəlxalq İslam Kulinariya Çempionatı başa çatıb.
Mərkəzin istehsalat təlimi ustası Xanım Mirzəyeva, aşpaz və qənnadıçı-şirniyyatçı ixtisası üzrə təhsil alan tələbələrdən Rafiq Əşrəfov, Rəna Orucova, Eldəniz Şahbazov və İndira Muxamədiyeva da yarışlarda iştirak ediblər.
Peşə Təhsil Mərkəzinin yarışlara qoşulan nümayəndələri ümumilikdə 11 medal - 5 qızıl, 5 gümüş,1 bürünc medal qazanıblar.

Tehsil-press.az

Oxşar xəbərlər