Türkoloq Osman Fikri Sərtkaya Folklor İnstitutunun qonağı olub

Türkoloq Osman Fikri Sərtkaya Folklor İnstitutunun qonağı olub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda türkiyəli tədqiqatçı, məşhur türkoloq Osman Fikri Sərtkaya ilə görüş keçirilib.
Bu elmi müəssisənin direktoru, akademik Muxtar İmanov məşhur türkoloqu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Görüşdə Osman Fikri Sərtkaya “Kitabi-Dədə Qorqud” dastanları, onun qəhrəmanları Dirsə xan, Bamsı Beyrək, Qan Turalı, Banu Çiçək, Qazan xan, onlarla bağlı aparılan tədqiqatlar haqqında məlumat verib. Türkoloq alim bu dastanın elm aləminə yeni məlum olan on üçüncü – “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” boyu, eləcə də onun orijinaldan oxunuşunda və nəşrindəki yanlışlıqlar haqqında xüsusi olaraq danışıb.
Folklor İnstitutunun əməkdaşlarının suallarını cavablandıran O.F.Sərtkaya dastanla bağlı yeni faktlar açıqlayıb. Yerli və xarici elmi dərgilərdə 435-dən çox məqaləsi yayımlanan məşhur türkoloq müəllifi olduğu kitab və dərc edilmiş məqalələrini instituta bağışlayıb. Eyni zamanda, Folklor İnstitutunun nəşrləri qonağa hədiyyə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər