Paytaxtın ümumi təhsil müəssisələrində çalışan kitabxanaçılar üçün Beynəlxalq Məktəb Kitabxanaları Günü münasibətilə “Məktəb kitabxanaçısı pedaqoqdur” adlı elmi-təcrübi konfrans keçirilib.
Tədbirdə çıxış edən idarənin müdir müavini Hüseyn Əsgərov BŞTİ-nin və Respublika Elmi-Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan layihələrin əhəmiyyətindən danışıb. O, kitabxanaçıları müasir texnologiyalarla tanış etmək və kitabxana işinin səmərəli təşkili məqsədilə həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.
Müdir müavini şagirdlərin mütaliəyə diqqətinin artırılması, yeniyetmə və gənclərin oxu vərdişlərinin daha da inkişaf etdirilməsi və kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil olmasında kitabxanaların rolundan bəhs edib.
Daha sonra 7 məktəb kitabxanaçısının məruzələri dinlənilib.
Sonda şagirdlərin mütaliəyə marağının artırılması məqsədilə reallaşdırılmış "Qızıl rəf", "Ədəbi natura", "Kitab bizim ailənin uzunömürlü üzvüdür", "Siz hələ də mütaliə etmirsiniz?", "Mən oxudum, siz də oxuyun" layihələrinin qalibləri mükafatlandırılıblar.
Tehsil-press.az