SƏSSİZLİYİN SƏSİ OLAQ: EŞİTMƏ ƏNGƏLLİ GƏNCLƏR ÜÇÜN YENİ LAYİHƏ TƏQDİM EDİLİB

SƏSSİZLİYİN SƏSİ OLAQ: EŞİTMƏ ƏNGƏLLİ GƏNCLƏR ÜÇÜN YENİ LAYİHƏ TƏQDİM EDİLİB Gənclər Fondunun dəstəyi ilə “Səssizliyin səsi olaq – gənclər arasında işarət dilinin təbliğinin təşkili” layihəsinin Gəncə Dövlət Universitetində (GDU) təqdimatı olub.
Tədbirdə Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin (ƏSMİD) sədri və “Sosial xəbər.az”saytının baş redaktoru Səlvin Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova, layihə rəhbəri Nərgiz Abdulova, eşitmə və nitq məhdudiyyəti olan gənclər və GDU-nun tələbələri iştirak ediblər.
Universitetin Humanitar məsələlər üzrə prorektoru, əməkdar müəllim Gülsüm Fətəliyeva layihənin eşitmə və nitq məhdudiyyətli şəxslərə yardım edəcəyinə, onlara mənəvi dəstək olacağına ümidvar olduğunu bildirib.
Qeyd edilib ki, Gəncə Dövlət Universitetində fəaliyyət göstərən İnklüziv mərkəz fiziki cəhətdən qüsurlu tələbələr üçün nəzərdə tutulub. Mərkəz lazımi avadanlıqlarla təmin olunub.Qərb regionunda ilk dəfə Gəncə Dövlət Universitetində yaradılmış bu mərkəzdən fiziki cəhətdən qüsurlu olan tələbələr yararlana biləcəklər.
Təqdimatda layihənin rəhbəri Nərgiz Abdulova “Azərbaycan daktil əlifbası”haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək, yalnız əl işarələri ilə hərflərin quruluşunu göstərib.
Təlim zamanı Nərgiz Abdulova tələbələri maraqlandıran sualları cavablandırıb.

GDU-nun Mətbuat Xidməti


SƏSSİZLİYİN SƏSİ OLAQ: EŞİTMƏ ƏNGƏLLİ GƏNCLƏR ÜÇÜN YENİ LAYİHƏ TƏQDİM EDİLİB

SƏSSİZLİYİN SƏSİ OLAQ: EŞİTMƏ ƏNGƏLLİ GƏNCLƏR ÜÇÜN YENİ LAYİHƏ TƏQDİM EDİLİB

SƏSSİZLİYİN SƏSİ OLAQ: EŞİTMƏ ƏNGƏLLİ GƏNCLƏR ÜÇÜN YENİ LAYİHƏ TƏQDİM EDİLİB

Oxşar xəbərlər