100 nəfərin xaricdə doktorantura təhsili maliyyələşdiriləcək

100 nəfərin xaricdə doktorantura təhsili maliyyələşdiriləcək “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hər il 100-ə yaxın şəxsin təhsili maliyyələşdiriləcək.
Doktoranturaya qəbul çətin proses olduğuna görə, xaricdə bu təhsili almaq üçün hər semestr ərzində, təxminən 40-50 şəxs proqramdan yararlana biləcək.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli sözügedən proqram çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında müraciətlərin sayına uyğun olaraq, bu rəqəmin dəyişə biləcəyini də istisna etməyib: “Bir şəxs üçün nəzərdə tutulan ödəniş məbləği ölkə və universitetə görə fərqlənir. Çünki hər ölkənin yaşayış və təhsil xərcləri eyni deyil. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin büdcəsində əksini tapacaq ".
N.Məmmədli onu da qeyd edib ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə təhsil alan şəxs ikinci dəfə eyni səviyyə üzrə təhsilini xaricdə bu proqram vasitəsilə təmin edə bilməz.

Tehsil-press.az

Oxşar xəbərlər