“France 2” telekanalının “İslam Azərbaycanda” verilişinin çəkiliş qrupu Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Rektor Ceyhun Məmmədov “France 2” telekanalına müsahibə zamanı ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, institut Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.
Aİİ-nin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı danışan rektor ali məktəbdə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. İnstitutda mövcud ixtisaslar barədə danışan Ceyhun Məmmədov gələcəkdə xristianlıq və yəhudiliklə bağlı ixtisasların da açılmasının nəzərdə tutduğunu diqqətə çatdırıb. Qeyd edib ki, institutda dərin dini və dünyəvi biliklərə malik, zəngin dünyagörüşlü, bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşan, yüksək dil biliklərinə sahib mütəxəssislərin hazırlanması əsas məqsədlərdən biridir.
Ceyhun Məmmədov Aİİ-də tədrisin müasir tələblər səviyyəsində təşkili ilə yanaşı, Avropanın qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmağın da əhəmiyyətinə diqqət çəkib. O, ölkəmizdə mövcud olan tolerant və multikultural mühit barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri birlikdə hörmətlə yaşayırlar. Dünyanın terrordan, radikalizmdən və ekstremizmdən əziyyət çəkdiyini qeyd edən rektor ölkəmizin də bu bəlaya məruz qaldığını, torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırıb.
Boualem Guerıtlı “İslam Azərbaycanda” verilişinin çəkilməsində məqsədin ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətlərini, birgəyaşayış, multikulturalizm və tolerantlıq ənənələrini dünyaya nümayiş etdirmək olduğunu vurğulayıb.
Xatırladaq ki, “France 2” telekanalının çəkiliş qrupu “İslam dünyada” televiziya layihəsi çərçivəsində müsəlman ölkələrin tarixi, dini və mədəni irsi haqqında silsilə verilişlər hazırlayır. Növbəti iki veriliş Azərbaycana həsr olunacaq.
Tehsil-press.az