Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Açıq mikrofon” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.
Tədbirdə rektor Ceyhun Məmmədov görüşün əsas məqsədinin İnstitutda təhsil alan hər bir tələbənin istər tədris, istərsə də sosial problemini öyrənmək, onların istək və arzularını, təkliflərini dinləmək olduğunu qeyd edib. Rektor ali təhsil müəssisəsinin fəaliyyətə başladığı gündən hər bir əməkdaşının tələbələrin problemləri ilə yaxından maraqlandığını, tələbələr üçün hər cür şəraitin yaradıldığını, xüsusi qayğı göstərildiyini qeyd edib. Vurğulayıb ki, yüksək şəxsi keyfiyyətlərə, mədəniyyətə və intellektə, dərin dini və dünyəvi biliklərə malik vətənpərvər mütəxəssislərin hazırlanması İnstitutun əsas hədəflərindən biridir.
Rektor ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. Qeyd edib ki, bu gün müstəqil Azərbaycanda təhsil sistemində irimiqyaslı islahatlar həyata keçirilir. Prezident cənab İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür.
C.Məmmədov vurğulayıb ki, Aİİ-də də dövlətin qayğı və təminatı ilə tələbələr üçün hər cür şərait yaradılıb.
Daha sonra tələbələr Aİİ rektoruna tədris prosesi, təlim, təhsil və sosial məsələlər ətrafında suallarla müraciət ediblər. Ünvanlanan sualları cavablandıran rektor tələbələrə öz məsləhət və tövsiyələrini verərək, bir çox problemlərə yerindəcə aydınlıq gətirib.

Aİİ-nin Mətbuat Xidməti