Andreas Şleyxer : "Siz müəllimi seçin"
Dekabrın 3-də şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatın (PISA- Programme for International Student Assessment) 2018-ci il üzrə hesabatı elan olunacaq. Proqramda iştirak edən hər bir ölkənin təhsil qurumlarının, şagirdlərin maraqla gözlədiyi hesabatın müəllifi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil departamentinin rəhbəri, PISA-nın qurucusu Andreas Şleyxer mətbuata müsahibə verib. Müsahibənin maraqlı olduğunu nəzərə alaraq oxuculara təqdim edirik.
- Şagirdlərin testləri uğurla vermələri üçün onlardan hansı bilik və səriştələr tələb olunur?
- PISA şagirdlərin dərsdə öyrəndiklərini təkrar edə bilib-bilmədiklərini qiymətləndirmir. Çox vacibdir ki, onlar yaradıcı düşünsünlər, mürəkkəb problemləri həll edərkən öz biliklərini tətbiq edə bilsinlər. Məsələn, əgər söhbət riyaziyyatdan gedirsə, şagirdə real kontekstdə məsələnin həlli təklif olunur: riyazi cavabı olan bu problemə baxın, onun cavabını tapmağa cəhd edin.
- PİSA-nın iştirakçı ölkələrindən hansı nəticələr sizi təəccübləndirib?
- Məni həqiqətən təəccübləndirən yeganə ölkə Vyetnamdır. O, yoxsul ölkədir, lakin onun nəticələri müqayisə olunandır. 2015-ci ildə Vyetnam Honkonq, Koreya, Yeni Zelandiya və demək olar ki, bütün Avropa ölkələrini ötərək top 10 ölkə arasına daxil olub. Başqa hallarda məni təəccübləndirmək çətindir - həmişə hər şeyi izah edən bir səbəb var.
- Müvəffəqiyyətin hansı əsas səbəbləri var, sizcə, universal resept varmı?
- Üç əsas amil var. Birincisi, müasir tədris sistemləri təfəkkürü inkişaf etdirir. İkincisi, təhsilin keyfiyyətinə zəmanət verən peşəkar müəllimlərdir. Ölkə istedadlı insanların müəllim olmaq istədikləri şəraiti yaratmalıdır. Üçüncüsü də, ən yaxşı müəllimlər ən çətin məktəblərdə işləməlidirlər, bunun öhdəsindən Asiyada xüsusilə yaxşı gəlirlər.
- Bir çox ölkələri PISA-nın nəticələri xoşagəlməz dərəcədə təəccübləndirdi. Necə düzgün reaksiya vermək lazımdır və bu vəziyyətdə "düzgün" olan nədir?
- Nəticə həmişə özümüzü gördüyümüz bir aynadır. Əgər onlari sevmirlərsə, deməli, təhsil sistemi ilə bağlı yanlış bir şeylər var. PISA-nın nəticələri illər ərzində baş verənlərin uzunmüddətli mənzərəsini verir, yığılmış problemləri ortaya qoyur. Bu, daha geniş mənzərəni görmək, daha sonra isə konkret problemlər üzərində işləməyə başlamaq üçün bir fürsətdir.
Nümunə olaraq mənim doğma ölkəm Almaniyanı götürək. İnsanlar testlərin nəticələrindən çox narazı qaldılar. Elə alındı ki, illər boyu məktəblər ən yaxşı şagirdləri seçirdilər, təhsil sistemini heç kim islah etmirdi. Bu, testin nəticələrinin qeyri- bərabər olmasına gətirib çıxardı, bəziləri çox yaxşı, digərləri isə çox pis idi. Sonuncular arasında əlverişsiz ailələrdən və miqrant ailələrindən olan şagirdlər də var idi. Almaniya PISA-nı təhvil verərək bu kateqoriyadan olan şagirdlərə diqqət yetirdi, onlara kömək etdi, miqrantların uşaqlarına paralel olaraq iki dildə təhsil almaq imkanı verildi. Və bu öz təsirini göstərdi.
2015-ci ildə Almaniya təbiət elmləri üzrə 16-cı yerdə idi. Avropada Almaniya Estoniya, Finlandiya, Sloveniya və Böyük Britaniyadan geri qaldı. 10 ildən sonra şagirdlər arasında fərq 50 faiz azaldı.
Mən PISA -nın islahatlar üçün yalnız bir başlanğıc nöqtəsi olduğunu izah etmək istəyirəm, daha əvvəl etdiyimiz qiymətləndirmə və ya ittiham deyil. Əsas məsələ məktəb və müəllimlərlə danışmaqdır, ilk növbədə, onlar nəticələri anlamalıdırlar.
- Siz nümunələri bilirsiniz, ölkələr böyük büdcə xərcləmədən PISA-da öz mövqelərini yaxşılaşdıra biliblərmi?
- Təhsil - o qədər də pul məsələsi deyil, nə qədər ki, dövlət siyasətidir: resurslardan sənərəli istifadə edən sistem olmalıdır. İnfrastruktur həmişə və hər yerdə bahalıdır, amma, ondan başqa, hələ imtahanlar sistemi var, təhsilə ədalətli və bərabərhüquqlu çıxış var. Bu problemləri həll etmək üçün çox pul lazım deyil, amma bunlar mürəkkəb siyasi qərarlardır. Məsələn, bir çox tamamilə effektiv təhsil sistemləri böyük siniflərə üstünlük verirlər. Əgər ölkədə kifayət qədər müəllim yoxdursa, bu həqiqətən kadr məsələsini həll etməyə kömək edir.
- Böyük siniflər neçə şagirdlərdən təşkil olunur. Sinifdə 30 şagird olması - bu çoxdur və ya az?
- PISA standartları üzrə bu, çoxdur. Amma bizdə 40 -45 şagirdli sinifləri olan uğurlu ölkələr nümunələri var. Əgər sizə daha kiçik sinif və ən yaxşı müəllim arasında seçim etmək lazımdırsa, həmişə ən yaxşı müəllimi seçin.
Məsələn, nə vaxtsa Koreya və Lüksemburq təhsilə eyni məbləğdə pul xərcləyirdi, amma pulları müxtəlif istiqamətlərə qoyurdular. Koreyada investisiyalar müəllimlərdə cəmlənmişdi: onlara yaxşı maaş ödəyirlər, daha az dərs saatı verirlər və inkişaf üçün daha çox imkan var. Lüksemburq kiçik siniflərə fokuslandı. Orada həmçinin müəllimlərə yaxşı maaş ödəyirlər, amma dərslər bir-birinin arxasınca gedir və işdən başqa nəyəsə vaxt sadəcə yoxdur. Nəticədə Koreyada indi işlər daha yaxşı gedir. 2015-ci ildə təbiət elmləri üzrə Koreya 11-ci idi, Lüksemburq isə dördüncü onluğa düşdü.
- Finlandiya PISA-nın liderlərindən biridir. 2015-ci ildə Finlandiya təbiət elmləri üzrə Avropada yalnız Estoniyadan geridə qalıb. Fin təhsilini tez-tez nümunə göstərirlər. Necə bilirsiniz, fin təhsili akademik bilikləri, yoxsa şagirdlərin məmnunluğunu özü üçün prioritet seçib? Bu düzgün yanaşmadır?
- Finlandiya gənc insanlara çox imkanlar verir, şagirdlər orada təhsil prosesinin yalnız istehlakçıları deyil, həm də aktiv iştirakçılarıdır: onlar sınaqlar üçün açıqdır, səhv etməyə qorxmurlar. Bütün bunlar sistemin böyük xidmətidir. Finlandiyada əvvəlki kimi əlaçıların yüksək faizi var, hətta qabiliyyətli şagirdlərə üstünlük edən Almaniyada olduğundan da yüksəkdir. Finlandiyada təhsil kifayət qədər fərdidir. Müəllimlər anlayırlar ki, müxtəlif şagirdlərdə fərqli istedadlar var və onlar hər cəhətdən təşviq olunur. Amma ümumi biliklər sahəsində Finlandiya həqiqətən öz seçimini etdi. Demək çətindir, düzgün, ya yox. Mənim üçün beynəlxalq qiymətləndirmələr ən yaxşı sistemin deyil, alternativlərin axtarışıdır..
- Bu gün hansı ölkənin nəinki əvvəlki qiymətləndirmənin nəticələrinə görə, həm də dinamikaya görə daha yaxşı təhsil sistemi var?
- Avropada bu ölkə Estoniyadır. 2015-ci ilin reytinqində Estoniya Avropada birinci, bütün iştirakçı ölkələr arasında isə Sinqapur və Yaponiyadan sonra 3-cü olub. Onların əla dinamikası var, müəllimlər və məktəblər çox tez və yaradıcı şəkildə inkişaf edir. Asiyada daha yaxşı təhsil sistemi Çindədir. 2015-ci ildə dördüncü yerdə olub. Çində öyrənməni yaxşılaşdırmaq üçün süni intellektdən istifadə olunur və bu, səmərəlidir. Kanadada öyrənmək üçün maraqlı yanaşmalar var. Kanada 2015-ci ildə yeddinci yerdə idi. Onların inklüziv təhsil sistemi var, miqrantlar və kanadalılar birlikdə öyrənirlər. Hər hansı bir təhsil sistemi təkmilləşdirilmiş ola bilər. Əsas məsələ bəhanələr axtarmamaq və məsuliyyəti üzərindən atmamaqdır.
Qeyd edək ki, PISA proqramı artıq 19 ildir ki, hər üç ildən bir 15 yaşlıların 3 istiqamət-riyaziyyat, oxu və təbiət elmləri üzrə nailiyyətlərini qiymətləndirir.

Oruc MUSTAFAYEV