Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Bakı Uşaq Teatrının səhnələşdirdiyi “Həyatla oyun” tamaşası nümayiş olunub.
Tamaşadan əvvəl bu ali məktəbin prorektoru, dosent Səadət Qəndilova çıxış edərək cəmiyyətin ən böyük problemlərindən biri olan narkomaniya və QİÇS-lə mübarizənin vacibliyini vurğulayıb. O, tələbələrin “ağ ölüm” barədə maariflənməsində tamaşanın müsbət rol oynayacağını söyləyib.
“Həyatla oyun” tamaşasının məqsədindən danışan quruluşçu rejissor İntiqam Soltan isə bu səhnə əsərinin gənc nəslin narkotik vasitələrin törətdiyi faciələri daha dərindən dərk etməsi üçün hazırlandığını bildirib.

UNEC-in Mətbuat Xidməti