Yunanıstanın paytaxtı Afinada Ellin Dövrü Keramikası Tədqiqi üzrə Beynəlxalq Assosiasiyanın 4-cü beynəlxalq konfransı keçirilib.
İtaliya, Rusiya, İspaniya, ABŞ, Almaniya, Fransa, Belçika, İsrail, Portuqaliya və digər ölkələrdən 90-dan çox alimin qatıldığı tədbirdə Azərbaycanı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli təmsil edib.
Azərbaycanlı alim “Qloballaşma markerləri olaraq məhsulların geniş yayılması - Bazarın təyini” bölməsində “Qafqaz Albaniyasının paytaxt şəhəri Qəbələdə Ellin dövrü saxsı istehsalı” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Ellin dövründə Cənubi Qafqazda mövcud olmuş Qafqaz Albaniyası dövlətinin təşəkkülü, onun paytaxtı Qəbələdə aparılan arxeoloji qazıntılar barədə məlumatı geniş auditoriyanın diqqətinə çatdırıb. Qeyd olunan ərazidə keramika istehsalı, keramika istehsalında antik dünyanın təsirlərindən söz açıb. Qəbələnin Ellin dövrü keramikasının yüksək bədii tərtibatının eksperimental yolla hazırlanma texnikası barədə də məlumat verən Ceyhun Eminli əyani şəkildə həmin nümunələri konfrans iştirakçılarına nümayiş etdirib.
Konfransın sonuncu günü təşkil olunmuş yekun iclasda iştirakçı ölkələrin statistikası, tədqiqatların əhatə etdiyi regionlar təhlil olunub. Müvafiq tədqiqatlar üzrə 20-dək ölkə içərisində artıq Azərbaycan da yer alıb. Fəal iştirakına görə Ceyhun Eminli Ellin Dövrü Keramikası Tədqiqi üzrə Beynəlxalq Assosiasiyanın 2020-2021-ci illərdə üzvlüyünə qəbul edilib.
Tehsil-press.az