ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib

ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib Sentyabrın 18-də Azərbaycan Dillər Universitetində (ADU) “DaF-Unterricht im Stadium” (“Təhsildə alman dili xarici dil kimi”) adlı beynəlxalq elmi-metodiki seminar keçirilib. Seminarda Almaniya, Qazaxıstan və digər ölkələrdən olan professor-müəllim heyəti iştirak edib. Tədbiri açıq elan edən ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, eyni zamanda “DaF-Unterricht im Stadium” layihəsinin Azərbaycan üzrə rəhbəri Ulduz Aslanova seminar iştirakçılarını salamlayaraq seminar müddəti ərzində dəyərli fikir mübadiləsi aparılacağına əmin olduğunu söyləyib. O, bildirib ki, seminarın əsas məqsədi ali məktəblərdə alman dilinin tədrisində yeni metodların inkişafı və müəllim hazırlığının keyfiyyətinin artırılmasıdır.
Daha sonra Almaniyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Werner Huneke ADU-da olmaqdan məmnunluğunu ifadə edib: “ADU və Haydelberq Universiteti arasında olan əməkdaşlıq bir neçə ildir ki, uğurla davam etdirilir. Bu illər ərzində universitetlərarası müəllim mübadiləsinin aparılması nəticəsində alman dilinin tədrisində müxtəlif metodların tətbiqi nəzərdən keçirilib. Seminar ərzində müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri məruzələr ilə çıxış edəcək və alman dilinin tədrisinə dair fikir mübadiləsi aparılacaq”.
Sonra dosent Ulduz Aslanova “Azərbaycanda xarici dil təhsili” mövzusunda məruzə ilə çıxış edib. O, ali təhsil müəssisələrində alman dilinin tədrisinin aktual problemləri, dil biliklərinə yiyələnmək üçün ümumi dil səviyyəsinin təkmilləşdirilməsi haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, “DaF-Unterricht im Stadium” seminarı 22 sentyabr tarixinə kimi davam edəcək. Seminar ərzində “Çoxdillilik qlobal cəmiyyətdə multikultural şəxsiyyətin formalaşma amili kimi”, “Azərbaycanda xarici dil təhsili”, “Xarici dil dərslərində ixtisas və dil öyrənmə”, “İxtisas mətnlərinin təhlili: alman dili dərslərində oxu strategiyalarının nəzəriyyəsi”, “Alman dili dərslərində interaktiv pedaqoji resurslar kimi regional mədəni elmlər”, “Çalışmalar və sosial formalar barəsində seminar” və digər mövzularda mühazirələr oxunulacaq.

ADU-nun Mətbuat Xidməti


ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib

ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib

ADU-da beynəlxalq elmi-metodiki seminar keçirilib

Oxşar xəbərlər