Təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü veriləcək

Təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü veriləcək 2018/2019-cu tədris ilində AMEA-nın magistraturasında təhsil alan magistrantların yay imtahan sessiyasına başlanılıb.
İmtahanlar AMEA prezidentinin yay imtahan sessiyasının keçirilməsi və təşkili ilə əlaqədar 2019-cu il 7 may tarixli sərəncamına əsasən reallaşacaq.
Sessiya ərzində 162 fənn, 19 ixtisas və 47 ixtisaslaşma üzrə 66 magistrant öz biliyini nümayiş etdirəcək. İxtisas imtahanları əsasən yazılı, ümumi fənlər üzrə isə test üsulu ilə aparılacaq.
İmtahanlarda magistrantların biliklərini yaxşı nümayiş etdirmələri və onların obyektiv qiymətləndirilməsi üçün bütün zəruri şərait yaradılıb. AMEA-da yay imtahan sessiyası iyul ayının 5-də başa çatacaq və magistrantlar 2018/2019-cu tədris ili üzrə yay tətilinə buraxılacaqlar.
Bu ildən etibarən imtahan sessiyasının nəticələrinə əsasən, təhsildə xüsusi fərqlənən magistrantlara AMEA prezidentinin təqaüdü də veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər