Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili üzrə dekanlığında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş guşə yaradılıb.
Guşədə 1990-cı ilin yanvar günlərində Bakıda törədilən qətliama dair fotoşəkillər, kitablar və materiallar nümayiş olunub. Dünyanın müxtəlif ölkələrindən AzMİU-da oxuyan əcnəbi tələbələrə 20 Yanvar faciəsi, bu faciəni törədən işğalçı sovet rejimi, onun rəhbərliyi barədə ətraflı məlumat verilib.
Fakültənin dekanı Polad Sadıqov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları paytaxtda, eləcə də bölgələrdə dinc əhaliyə amansızcasına divan tutub, günahsız insanlarımız – qocalar, qadınlar, gənclər, hətta uşaqlar həyatlarını itirib. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Dekan müavini Kəmalə Sərdarova vurğulayıb ki, bütün təzyiqlərə baxmayaraq, mənfur rejim xalqımızın mübarizlik əzmini, azadlıq istəyini boğa bilmədi. Azərbaycan canı, qanı bahasına müstəqilliyinə qovuşdu, 70 illik imperiya müstəmləkəsindən qurtuldu. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni, həmin günlərdə şəhid olan oğul və qızlarını daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
Sonra əcnəbi tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canlarından keçən şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb.

AzMİU-nun Mətbuat Xidməti