LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır

LUKOYL və SOCAR Xəzər dənizində birgə layihələr planlaşdırır Rusiyanın LUKOYL şirkəti Xəzər dənizində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə layihələr planlaşdırır.
Bunu LUKOYL-un rəhbəri Vahid Ələkbərov deyib.
O bildirib ki, hazırda bəzi layihələr müzakirə olunur:
“Bu, “Naxçıvan” bloku və Abşeronun şimalındakı keçid zonasıdır. Geoloqlarımız hesab edir ki, bu sahələr perspektivlidir. Hazırda biz SOCAR-la tədqiqat üzrə danışıqlar aparırıq. Böyük ehtimalla saziş Davos iqtisadi forumu çərçivəsində imzalanacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər