ADNSU Şri-Lankada keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunub

ADNSU Şri-Lankada keçirilən beynəlxalq təhsil sərgisində təmsil olunub Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Şri-Lankanın Kolombo şəhərində keçirilən “EDEX 2020” təhsil sərgisində uğurla təmsil olunub.
“EDEX-2020” sərgisinə universitet “MAS Private Limited” şirkətinin dəvəti ilə qatılıb və şirkət ilə eyni stendi paylaşıb.
Sərgi müddətində ADNSU-nun əcnəbi tələbələrlə iş üzrə dekan müavini Natiq Məmmədov universitetdə tədris olunan ixtisaslar, mübadilə proqramları, təhsil müəssisəsinin elmi-texniki bazası, beynəlxalq əməkdaşlıq əlaqələri və s. haqqında iştirakçılara geniş məlumat verib.
Qeyd edək ki, “EDEX-2020” təhsil sərgisi “Royal College Union”un təşkilatçılığı ilə keçirilib. Müxtəlif ölkələrdən 200-dən çox təhsil müəssisəsinin iştirak etdiyi sərgini orta məktəb şagirdləri, tələbələr və universitet məzunları ziyarət ediblər.

Tehsil-press.az



Oxşar xəbərlər