Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda müdiriyyət və Həmkarlar Komitəsinin təşkilatçılığı ilə kollektivin iclası keçirilib.
İclasın keçirilməsində məqsəd 2018-ci ilin mayın 7-də bağlanmış kollektiv müqaviləyə əlavələr haqqında məlumat verilməsi olub.
Tədbiri institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov açaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən III qrup əlillərə 10-15, I və II qrup əlillərin əməkhaqlarına isə 20-25 faiz əlavələr edilməsi haqqında danışıb.
Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova kollektiv müqaviləyə ediləcək əlavələr haqqında əməkdaşlara məlumat verib.
Daha sonra kollektiv müqaviləyə edilən əlavə və dəyişikliklər yekdilliklə qəbul olunub.
Mətbuat Xidməti