Leyla İmanova: Ötən il 11 mindən çox kitab müxtəlif təşkilat və qurumlara hədiyyə olunub

Leyla İmanova: Ötən il 11 mindən çox kitab müxtəlif təşkilat və qurumlara hədiyyə olunub Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 11 mindən çox kitab müxtəlif təşkilat və qurumlara hədiyyə olunub. Eyni zamanda MEK-ə 50 mindən artıq unikal sənəd kolleksiyası təqdim və hədiyyə olunub.
Bunu fevralın 13-də Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə keçirilən tədbirdə MEK-in direktoru Leyla İmanova söyləyib. O bildirib ki, 2012-ci ildən başlayan ənənə müxtəlif formatlarda, sosial şəbəkələrdə, saytlarda, portallarda işıqlandırılır, ənənə get-gedə genişlənir, kitab hədiyyə etmək niyyəti uşaqlardan başlayaraq böyüklərə istiqamətlənir.

Tehsil-press.az


Oxşar xəbərlər