Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramının “Azərbaycan universitetlərində keyfiyyətə nəzarət mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (“EQAC”) layihəsi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bir sıra məlumat xarakterli təlimlərə yekun vurulub.
Təlimlərdə başlıca məqsəd Turizm və qonaqpərvərlik fakültəsi üçün nəzərdə tutulan yeni kurikulumun tərtibi ilə əlaqədar ATMU-nun inzibati, akademik və tələbə heyətlərini bu layihə çərçivəsində tətbiq ediləcək yeniliklərlə tanış etmək və fikir mübadiləsi aparmaq olub.
Müasir kurikulumun tətbiqi ilə əlaqədar layihə komandasının üzvləri, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov, Turizm biznesi kafedrasının müdiri, dosent Hafiz Hüseynov, Mehmanxana və restoran biznesi kafedrasının müdiri, dosent Novruz Quliyev, Elm və innovasiya şöbəsinin müdiri, dosent Nəsirulla Nəsirli, “Millenium Turizm Konqres DMC” şirkətinin direktoru Ruslan Quliyev və Turizm və otelçilik ixtisasının ikinci kurs tələbəsi Həşim Hacıyevdən ibarət komissiya yaradılıb. ATMU-da müxtəlif fənlər üzrə açıq dərslər keçirilib və müəllimlərin rəy və təklifləri diqqətdə saxlanılıb.
Tədris-metodiki şöbənin rəhbəri Simnar Mamedovun təqdimatında ESG standartlarına uyğun kurikulum və sillabusun tərtib olunması, o cümlədən fənlərin və müəllimlərin monitorinqi qaydaları komissiya üzvlərinə izah edilib.
Təlimlərin davamı olaraq Elmi İnnovasiya bölməsinin rəhbəri Faina Qaçabəyova və Karyera və kommunikasiya şöbəsinin müdir müavini Səidə Məmmədova tərəfindən ATMU-nun tələbələrinə “EQAC” layihəsi haqqında ümumi məlumat verilib. Təlimlərin gedişatında keyfiyyət təminatında tələbələrin rolu haqqında müzakirələr aparılıb. Müasir tədris metodlarını təqdim etməklə yanaşı, tələbələrin fikirləri də öyrənilib. Sorğularda iştirakın əhəmiyyətini vurğulayan təlimçilər tələbələri daimi olaraq ATMU-da keçirilən digər sorğularda da daha fəal iştirak etməyə çağırıblar.
On müəllimdən ibarət pilot qrupunda keçirilən təlim zamanı ATMU-nun rektor müşaviri Elvin Yusifli və rektor köməkçisi Samir Məhərrəmov təqdimatlarında müəllimlərə tələbə mərkəzli yanaşmaya keçidin əhəmiyyəti, ESG standartları, öyrənmə nəticələri, o cümlədən müasir tədris metodları haqqında məlumat veriblər. Daha sonra müəllimlər təlimçilərin rəhbərliyi altında yeni sillabus şablonu üzərində tapşırıqları yerinə yetiriblər.
Beləliklə, “EQAC” layihəsi çərçivəsində yeni yanaşmalar ATMU-nun tələbələrinə çatdırılıb.
Tehsil-press.az