Şagirdlərimiz ABŞ-da 5 milyon dollar uğrunda yarışacaqlar

Şagirdlərimiz ABŞ-da 5 milyon dollar uğrunda yarışacaqlar XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin İngilis dili bölməsinin 9-cu sinif şagirdləri Aylin Sadıxova və Sıla Sunan 10-15 may 2020-ci il tarixlərində ABŞ-ın Kaliforniya ştatının Anaheim şəhərində baş tutacaq ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcəklər.
Şagirdlərimiz ölkəmizi, “Sabahın alimləri” ümumrespublika müsabiqəsində bu il onlara birincilik qazandıran, “Günəş enerjisi ilə əsaslanan çoxsaylı məhsul sistemi” layihəsi ilə təmsil edəcəklər.
Hər il bütün dünyada milyonlarla şagird elmə dair keçirilən müxtəlif sərgilərdə iştirak edir və onlardan yalnız 1800 nəfəri ISEF-ə qatılmaq hüququ qazanır. İştirakçılar ISEF sərgisində bu il ümumi dəyəri 5 milyon dollar olan mükafatlar uğrunda mübarizə aparacaqlar. Bu sərgidə Azərbaycandan ümumilikdə 7 şagird 4 layihə ilə iştirak edəcək və onlar BP şirkətinin maliyə dəstəyi ilə sərgiyə göndəriləcəklər.

Tehsil-press.az

Oxşar xəbərlər