ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib

ABŞ səfirliyi ingilis dili orfoqrafiyasına dair ümummilli müsabiqə keçirib ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycanda fəaliyyət göstərən Amerika Mərkəzləri ilə əməkdaşlıq edərək fevralın 23 Bakıda yerləşən Amerika Mərkəzində ingilis dili orfoqrafiyasına dair (Spelling Bee) müsabiqəsinin finalını keçirib.
Sözügedən layihə Gəncə, Kürdəmir, Səlyan və Xaçmazda yaşayan 12-17 yaşlı tələbələr üçün nəzərdə tutulan ingilis dilinin tədrisi proqramının bir hissəsidir.
Bir neçə saat davam edən gərgin yarışdan sonra aşağıda adları çəkilər tələbələr öz yaş qruplarında qalib olmuşlar:
Birinci yer qazananlar:
Nurlan Babayev – Gəncə
İlkanə Həmzəyeva – Səlyan
Cavid Hüseynov – Kürdəmir
İkinci Yer:
Fədayə Cəfərova
Aysel Gülalıyeva
Albina Məmmədova
Üçüncü yer tutanlar:
Şəkər Kərimova
Şövkət Məmmədova
Arif Yaqubov
Fevral ayında bölgələrdə yerləşən Amerika Mərkəzlərində keçirilən ilkin mərhələrdə uğur qazanaraq finalda iştirak etmək hüququnu qazanmış bütün iştirakçıları təbrik edirik! Ümumilikdə sözügeən layihədə 359 tələbə iştirak etmişdir.
Bakıdan olan tələbələr üçün nəzərdə tutulan Spelling Bee layihə Apreldə Bakı Amerika Mərkəzində yer alacaq.

Tehsil-press.az

Oxşar xəbərlər