İtaliyada dərd dərd üstünə gəldi - Video

İtaliyada dərd dərd üstünə gəldi - Video İtaliyanın Kalabriya bölgəsində 4,4 bal gücündə zəlzələ olub. Bu barədə “ANSA” agentliyi xəbər verib.
Yeraltı təkanlar bazar ertəsi yerli vaxtla saat 17:02 radələrində Kozentsa əyalətində, Rende şəhərindən iki kilometr aralıqda qeydə alınıb.
Evdə və ya şəhərin ticarət mərkəzlərində olan insanlar növbəti təkanlardan qorxaraq küçələrə axın edib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, İtaliyanın şimalında koronavirusdan ölənlərin sayı 7 nəfərədək artıb. Ölkədə 219 nəfər bu virusdan əziyyət çəkir.



Tehsil-press.az

Oxşar xəbərlər