Azərbaycan Dillər Universitetində (ADU) Xocalı soyqırımının 28-ci ildönümü münasibəti ilə “Əsrin faciəsi Xocalı” mövzusunda dəyirmi masa keçirilib.
Dəyirmi masa ADU YAP ilk ərazi təşkilatı, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə baş tutub.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Xocalı soyqırımını xalqı həm öz gözündə, həm də beynəlxalq aləmdə birləşdirdiyini bildirib. Bu gün Ermənistanın keçmişi unudaraq yeni münasibətlərə başlamaq arzusunda olduğunu deyən rektor əlavə edib ki, Azərbaycan siyasətinin əsas qayəsi isə bu hadisələrin unudulmamasıdır. K.Abdulla gənc nəslin bu hadisələrə biganə qalmayaraq yeni mərhələdən yanaşdıqlarına sevindiyini vurğulayıb. Azərbaycan multikulturalizmindən danışan rektor bir çox dünya universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasının Azərbaycan həqiqətlərini dünya gənclərinə çatdırılması istiqamətində mühüm addım olduğunu deyib. Kamal Abdulla Prezident İlham Əliyevin apardığı uğurlu beynəlxalq siyasət nəticəsində və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində həqiqətləri dünya xalqlarına qəbul etdirmək istiqamətində görülən mühüm işlərdən söz açıb.
ADU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov bildirib ki, Azərbaycanın azadlığa gedən yolu mürəkkəb olub, lakin bu dövrdə artıq bir çox uğurlar əldə olunub. Beynəlxalq münasibətlər sahəsinin daim güclü rəqabət və mübarizədə olduğunu deyən N.Məmmədov hər kəsin yalnız öz maraqları üçün çalışdıqlarını deyib. Prorektor söyləyib ki, media və sosial şəbəkələrin inkişaf etdiyi dövrdə Azərbaycanın öz maraqlarını, Xocalı soyqırımını dünyaya çatdırmaq imkanları genişdir. N.Məmmədov bu hadisələrin düyaya çatdırılması nöqteyi-nəzərdən ADU-nun geniş beynəlxalq əlaqələrinin olduğunu qeyd edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı İbrahim Kazımbəyli qeyd edib ki, qanlı olaydan 28 il ötməsinə baxmayaraq, indi də bu haqda danışmaq sarsıdıcı və ağrılı məsələdir. Soyqırımının tarixi, orada baş verən hadisələr, Azərbaycan xalqına qarşı törədilmiş qətliam haqqında danışan İ.Kazımbəyli Xocalı soyqırımı haqqında tarixi faktlara əsaslanan məlumatlar verib. O, faciənin bəşəriyyətin üzləşdiyi ən qanlı soyqırımlardan olduğunu bildirib və tarixi ədalətsizlikdən söz açıb.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 254 b qrup tələbəsi Əhməd Alıyev bildirib ki, gənclər Xocalı soyqırımı ilə bağlı dolğun təsəvvürə malik olmalı, qanlı olayın reallıqları daim araşdırmalıdırlar.
Tələbələrlə iş və tərbiyə şöbəsinin müdiri, ADU YAP ərazi təşkilatının sədri Sərraf Hüseynov “Xocalı faciəsi ilə bağlı ADU-nun gördüyü işlər”, Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının baş müəllimi Ramin Quliyev “Tarixin acı dərsi-Xocalı faciəsi”, Regionşünaslıq kafedrasının müəllimi Elşən Məcid “Dağlıq Qarabağ münaqişəsində üçüncü tərəf faktoru”, Beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərvin Əliyeva “Xocalı soyqırımının tanınmasında Azərbaycanın diplomatik fəaliyyəti” mövzuları ilə çıxış ediblər.
Tehsil-press.az