“Tədqiqat metodları” kitabının təqdimatı olub

“Tədqiqat metodları” kitabının təqdimatı olub Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazovun “Tədqiqat metodları” kitabının təqdimatı olub.
Tədbirdə çıxış edən İnqilab Şahbazov kitabın sosial elmlər və biznes araşdırmaları sahəsini ehtiva etdiyini deyib. Təqdim olunan elmi mənbədə tədqiqat prosesinin mərhələlərinə dair məlumatlara daha çox yer ayrılmasını vurğulayan İ.Şahbazov gündəmdəki kitabın gənc tədqiqatçılar, eləcə də tələbələr üçün faydalı olacağına əminliyini bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər