“Tövsiyə olunur ki, sürücülərlə bağlı hər hansı ixtisarlar edilməsin”

“Tövsiyə olunur ki, sürücülərlə bağlı hər hansı ixtisarlar edilməsin” “Təbii ki, gündəlik sərnişindaşımada 60-70% azalma varsa, bu, gündəlik gəlirə təsir edəcək”.
Bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn mətbuat konfransında deyib. Bildirib ki, daşıyıcı şirkətlərə sürücülərin ixtisar edilməməsi, əmək haqlarının azaldılmaması ilə bağlı tövsiyələr olunub: “Biz daşıyıcı şirkətlərin işinə qarışa bimərik, Amma əməkhaqqı və digər məsələlərdə tövsiyələr vermişik. Hər zaman görüşlərdə daşıyıcılara tövsiyə olunur ki, sürücülərlə bağlı hər hansı ixtisarlar edilməsin. Onlar da bildirib ki, hər hansı problem yaşanmır”.
M. Ağayev onu da qeyd edib ki, indiyə kimi şəxsi təhlükəsizliyi baxımından fəaliyyətindən imtina edən sürücü olmayıb.

Tehsil-press.az




Oxşar xəbərlər