Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) əməkdaşları Mərdəkan qəsəbəsindəki 1 nömrəli sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində olublar.
Müəssisənin bu təşəbbüsü Prezident İlham Əliyevin 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq reallaşıb. Görüşdə bildirilib ki, 100 illiyini qeyd etməyə hazırlaşan muzey uşaqlara diqqət göstərilməsinə xüsusi önəm verir. Qeyd olunub ki, muzey əməkdaşlarının ianəsi ilə toplanan vəsaitlə sosial xidmət müəssisəsində 176 uşağa isti geyim dəsti verilib və onlar üçün birgünlük yemək təşkil edilib.
Sosial xidmət müəssisəsinin direktoru Sevinc Məlikova könüllülərin xeyriyyəçilik tədbirlərinin əhəmiyyətindən danışıb, muzeyin kollektivinə təşəkkürünü bildirib.
Sonra maraqlı konsert proqramı təqdim olunub.
Tehsil-press.az