Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının sosial təcrid dövründə iş potensialı müzakirə edilib

Milli Azərbaycan Tarixi Muzeyi əməkdaşlarının sosial təcrid dövründə iş potensialı müzakirə edilib AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə onlayn iclas keçirilib.
İclasda koronavirus (COVID-19) pandemiyası səbəbindən sosial təcrid dövründə əməkdaşların iş potensialı və görülən işlər müzakirə olunub. Gündəlikdə duran məsələlərin həlli, muzeyin 100 illiyi və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarının icrası ilə əlaqədar nəzərdə tutulan işlərlə bağlı müvafiq tapşırıqlar verilib.
Toplantıda iştirak edən muzey işçiləri dövlətimizin vətəndaşlara tövsiyə etdiyi “Evdə qal” kampaniyasını dəstəklədiklərini, muzeyin “Facebook” səhifəsində materialları mütəmadi yerləşdirmək üçün onlayn fəaliyyət göstərdiklərini bildiriblər. İclasda dövlətimizin qayğısı, xalqımızın birliyi ilə bu bəladan tezliklə xilas olacağımıza əminlik ifadə olunub.

Tehsil-press.az

Oxşar xəbərlər