Neft bazarı ölkələrin səyi nəticəsində 2020-ci ilin sonu və 2021-ci ilin ilk yarısında sabitləşəcək.
Bunu "Lukoyl"un prezidenti Vahid Ələkbərov "Rossiya-1" televiziyasının aparıcısı, əslən azərbaycanlı olan Nailə Əsgərzadənin "Təhlükəli virus. İqtisadiyyat" verilişində deyib.
"Ölkəmizin səudiyyələrlə birlikdə göstərdiyi səylər və ABŞ-ın bu gün problemin həllinə qatılması əlbəttə, neft bazarını yaxşılaşdıracaq", - o bildirib.
Qeyd edək ki, V.Ələkbərov neftin 9-11 dollar olsa belə, “Lukoyl”un Rusiya ərazisində komfortlu şəkildə fəaliyyətini davam etdirə biləcəyini söyləmişdi.
Tehsil-press.az