İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

İranda koronavirusla bağlı son vəziyyət açıqlandı İranda son sutka ərzində koronavirusa yoluxanların sayı 1 383 nəfər artaraq 107 603-ə çatıb. Bunu ölkənin Səhiyyə naziri Kianuş Cahanpur “IRINN” telekanalının efirində deyib.
Nazir bildirib ki, son 24 saat ərzində 51 nəfər vəfat edib. Bununla da koronavirus qurbanlarının sayı 6 640-a yüksəlib.
Cahanpurun sözlərinə görə, indiyədək ölkədə ümumilikdə 86 143 pasiyent sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər