UNEC-də onlayn tədbir: türk dünyasında elektron ticarət problemləri və perspektivləri

UNEC-də onlayn tədbir: türk dünyasında elektron ticarət problemləri və perspektivləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat mərkəzləri tərəfindən “Elm aylığı” çərçivəsində tədbirlərin onlayn təşkilinə start verilib.
Bu silsilədən ilk tədbir Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilən “Qlobal iqtisadiyyatın yeni lokomotivi: türk dünyasında elektron ticarət problemləri və perspektivləri” mövzusuna həsr olunub.
Tədbiri açan UNEC-in elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov koronavirus pandemiyasının təhsil müəssisələri qarşısında təxirəsalınmaz vəzifələr qoyduğunu bildirib. O, UNEC-in bu prosesə daha çevik uyğunlaşdığını vurğulayıb.
UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Oqtay Quliyev təqdimatla çıxış edərək elektron ticarətin yeni bazarlara çıxış, maya dəyərinin azaldılması və effektiv idarəetmə baxımından üstünlükləri olduğunu bildirib.
Tədbirdə, həmçinin Ankara Yıldırım Beyazit, Van Yüzüncü Yıl, Sakarya universitetlərinin nümayəndələri çıxış ediblər.
Çıxışlarda elektron ticarətin əmtəə və xidmətləri, sosial media və sosial ticarət məsələlərinə toxunulub.
Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı Şahin Əkbərov e-ticarətin ünsiyyət perspektivinin Azərbaycandakı durumunun təhlili məqsədilə bakalavr və magistr tələbələri tərəfindən icra edilən tədqiqatın nəticələrindən bəhs edib.
Sonda mövzu ilə bağlı müzakirələr aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər