Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsinə dair müraciətlərinin qəbulu iyunun 10-a kimi aparılacaq

Sosial həssas ailələrdən olan tələbələrin təhsil haqqının ödənilməsinə dair müraciətlərinin qəbulu iyunun 10-a kimi aparılacaq Hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-telebe.edu.az portalı fəaliyyət göstərir. Həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilərlər.
Bu sətirlər Təhsil Nazirliyinin təhsil haqqı ilə bağlı tələbələrə müraciətində əks olunub.
Müraciətlərin qəbulu iyunun 10-a kimi davam edir. Növbəti həftədən etibarən tələbələrə müraciətin nəticələri barədə məlumat verilməyə başlanılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər