Azərbaycan Texniki Universitetində bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlanıb

Azərbaycan Texniki Universitetində bakalavrların buraxılış işlərinin onlayn müdafiəsi başlanıb Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin onlayn müdafiəsi başlanıb.
İlk iclasda Xüsusi texnika və texnologiya fakültəsinin müdafiədə iştirak edən 5 tələbəsinin hər biri “əla” qiymət alıb. Dövlət Attestasiya Komissiyasının sədri, Müdafiə Sənayesi Nazirliyi “Şərq” Elm-İstehsalat Birliyinin “İqlim Elm-istehsalat müəssisəsi” MMC-nin direktoru Sabir Abbasov və komissiyanın üzvləri müdafiə prosesinə qoşulub, tələbələrə buraxılış işi ilə bağlı suallar ünvanlayıblar.
Onlayn müdafiəni AzTU-nun rektoru Vilayət Vəliyev, dekanlığın və kafedranın əməkdaşları “Zoom” platforması üzərindən izləyiblər.

Tehsil-press.az



Oxşar xəbərlər