AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) ilə “Ekvita” şirkətinin rəhbərləri və əməkdaşları arasında onlayn görüş keçirilib.
İki qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş iclasda YT Parkın fəaliyyətində strateji hədəflər, nailiyyətlər və çatışmazlıqlar, həmçinin YT Parkın perspektiv inkişafı üçün nəzərdə tutulan tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə “Ekvita” şirkətinin təsisçisi və direktoru İlqar Mehdi rəhbərlik etdiyi müəssisədə xüsusi iqtisadi zonaların yaradılması, onların fəaliyyəti, startaplar, eləcə də kiçik və orta biznesin təşkilindən danışıb. O, həmçinin iri neft və qaz, informasiya texnologiyaları, tikinti və kənd təsərrüfatı subyektləri ilə çoxillik əməkdaşlıq təcrübəsinə əsaslanan, YT Parkın strategiyasını dəstəkləyəcək potensial xidmətlər qrupu ilə bağlı məlumatları diqqətə çatdırıb.
Daha sonra YT Parkın direktoru, akademik Əli Abbasov çıxış edərək “Ekvita”nın irəli sürdüyü təklifləri müsbət dəyərləndirib. Alim bu təkliflərin rəhbəri olduğu qurumun qarşısında duran vəzifələrin icrası və əməkdaşlıq perspektivlərinin inkişafı baxımından səmərəli olduğunu vurğulayıb.
Onlayn iclasda, həmçinin İnnovasiya fondunun fəaliyyət mexanizminin qurulması, patent xidmətinin lazımi tələblərə cavab verməsi, habelə YT Parkın potensial rezidentlərinin müəyyənləşdirilməsi, biznes tərəfdaşlığının genişləndirilməsi, əqli mülkiyyət işlərinin koordinasiyası, yerli və beynəlxalq tenderlərdə iştirak və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Ekvita” 2008-ci ildən hüquq, vergi, maliyyə və idarəetmə sahəsində xidmətlər göstərən yerli konsaltinq şirkətidir. Müəssisə 60 nəfərdən çox peşəkar heyəti ilə Dünya Bankı, Avropa İttifaqı, Asiya İnkişaf Bankı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq çərçivəsində iqtisadiyyatın bir sıra sahələrini ehtiva edən layihələrin icraçısıdır.
Tehsil-press.az