Memarlıq və İnşaat Universitetinin müəllimi ilk virtual hakatonun qalibi olub

Memarlıq və İnşaat Universitetinin müəllimi ilk virtual hakatonun qalibi olub Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi, İnnovativ Biznes İnkubator Mərkəzinin startapçısı Ramin Əkbərovun layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə su mövzusunda keçirdiyi ilk virtual hakatonun - “Aquahack”ın qaliblərindən olub.
Ramin Əkbərovun “CONWAT” layihəsi 49 komanda arasından 4-cü yeri qazanıb.
Xatırladaq ki, yarışda iştirak üçün 68 komanda qeydiyyatdan keçib, ümumilikdə isə müsabiqədə iştirak üçün 328 nəfərlik müraciət daxil olub. Onlardan 207 nəfərin üzv olduğu 61 komanda seçim mərhələsinə buraxılıb. Daha sonra müsabiqə meyarlarına cavab verən 180 iştirakçının daxil olduğu 49 komanda yarışda iştirak edib. Yarışmada əsas tələb komandaların suyun kəmiyyət və keyfiyyətinin qorunması, su ehtiyatlarına təzyiqlərin azaldılması üçün 48 saat ərzində texnoloji ideyalar və həllər tapmaq, əlverişli təkliflər vermək olub.

Tehsil-press.az

Oxşar xəbərlər