Bioloqlar planetdə olan canlıların bütün nümayəndələrini əhatə edən ümumi taksonomik atlas yaratmaq təklifini irəli sürüblər. Canlıların təsnifatı üçün alimlər sadə meyarlar seçimi işləyib hazırlayıblar. Belə atlasın yaradılması canlıların, mikrobların və bitkilərin kəşfində və ya təkrar kəşfində dolaşıqlığı azaldacaq. Bu barədə məqalə “PLOS ONE” elmi jurnalında dərc olunub.
Məqalə müəlliflərindən biri - Çarlz Darvin Universitetinin (Avstraliya) professoru Stiven Qarnettin fikrincə, məlum canlıların hamısının siyahısının tərtib etmək çox mürəkkəb problemdir. Hazırda hamı tərəfindən qəbul olunan bir taksonomik atlas yoxdur. Bununla belə bəzi qrup canlıların, məsələn, məməlilərin və quşların bu cür bir neçə siyahısı var, lakin digər canlılar və bitkilər üçün belə siyahı bir dənə də yoxdur.
Əsasını Karl Linneyin qoymuş olduğu müasir taksonomik sistem meydana gələndən sonra bioloqlar on minlərlə yeni növ bitkilər, mikroblar, həşəratlar, məməlilər, balıqlar, flora və faunanın digər nümayəndələrini kəşf ediblər. Hətta bu kəşflərdən bəziləri sonralar “unudulub”. Bu səbəbdən də son iki əsrdə çoxlu sayda variantlar və dolaşıqlıq yaranıb. Vəziyyəti mürəkkəbləşdirən digər cəhət isə ondan ibarətdir ki, bitki və heyvanların müxtəlif cins, sinif və ya fəsiləsinin kəşfi, habelə genetik tədqiqatlar alimləri təkamül ağacında onların yerini müəyyənləşdirməyə sövq edir.
Bu problemlə hələ XIX əsrin ortalarında qarşılaşmış alimlər onu taksonomik atlasların köməyilə həll etməyə çalışıblar. Buna baxmayaraq indi heyvanların, bitkilərin və mikrobların yüzlərlə növü var ki, bu cür siyahıları tərtib edənlərin bəziləri bunları qəbul edir, digərləri yox. Canlıların bəzilərinin adlandırılması da fərqlidir.
Qarnett və onun həmkarları Yer üzündə bütün canlıların ilk vahid atlasının hazırlanması üçün on prinsipdən istifadə olunmasını təklif ediblər. Professorun fikrincə, bu sənədin hazırlanması nəinki bir çox elmi disputları, həm də ekologiya, diplomatiya və biotəhlükəsizliklə bağlı çoxlu sayda problemləri həll edə bilər. Bu sahədə hamı tərəfindən qəbul edilmiş standartlar olmadığı üçün çox vaxt ərzaq məhsullarının və ya nadir heyvan növlərinin ticarəti ilə bağlı beynəlxalq sazişlərin imzalanmasında problemlər ortaya çıxır.
Alimlər ümid edirlər ki, onların təklifi həm taksonomiya sahəsində mütəxəssisləri, həm də Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (IUCN), CITES-in (“Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət haqqında” Konvensiya) katibliyi kimi beynəlxalq bioloji təşkilatların məmurlarının diqqətini cəlb edəcək. Bu təşkilatlar müvafiq siyahıların hazırlanması və praktikada tətbiqi üçün platforma olmalıdır.
Hazırda Beynəlxalq Biologiya Elmləri İttifaqı (IUBS) alimlərin təklifini dəstəkləyib. Onların nümayəndələri bu cür atlasın pilot versiyasını hazırlamaq üçün Qarnettin və onun həmkarlarının on prinsipindən istifadə etməyi planlaşdırırlar.
Tehsil-press.az