Türkiyənin Ankara Hacı Bayram Vəli Universiteti və qalereyası tərəfindən təşkil olunan “Milli birlik və bərabərlik” mövzusunda beynəlxalq sərgi açılıb. Türkiyə universitetlərində ənənəvi olaraq təşkil edilən və 2016-cı il 15 iyul hadisələrinə həsr olunan sərgilər təsviri sənətin fərqli istiqamətlərini və üslublarını əhatə edir. Mövzuların genişliyi, rəssamların sərbəst yanaşması xalq iradəsinin təntənəsi ilə səsləşərək, yeni əsərlərin yaranmasına imkan yaradır.
Onlayn formatda təşkil olunan “Milli birlik və bərabərlik” sərgisində ali məktəbin Rəssamlıq fakültəsinin professor-müəllim heyəti xüsusi qonaq kimi iştirak edib. Sərgidə universitetin müəllimləri Xalq rəssamı Xanlar Əhmədovun “Keşikçi”, Mirazər Abdullayevin “Zəfər günü”, Fəxrəddin Qəhrəmanlının “Çağırış”, Vüqar Əlinin “Yuiçil”, Elşən Hacızadənin “Nisgilli həyat” əsərləri təqdim edilib. Heykəltəraş və rəssamlarımızın bədii interpretasiyaları mövzunu fərqli rakurslardan izləməyə imkan verir.
İyulun 30-dək davam edəcək sərgini qeyd olunan linkdə izləmək mümkündür:
https://ahbvsanat.hacibayram.edu.tr/
Tehsil-press.az