Azərbaycan diasporu vahid qüvvə kimi Azərbaycan ordusunun gücünə güc qatdı - Ekspert

Azərbaycan diasporu vahid qüvvə kimi Azərbaycan ordusunun gücünə güc qatdı - Ekspert Xaricdəki Azərbaycan diasporu son aksiyaları ilə sübut etdi ki, guya 200 ilə yaxın diasporçuluq tarixinə malik erməni diasporundan daha məqsədyönlü, təcrübəli və daha mütəşəkkil qüvvədir.
Bunu siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan diasporu özünün bu xarakterik keyfiyyətlərinə söykənərək çox qısa müddətdə ermənilərin xaricdə böyük təxribat və yalanlara həqiqət donu geyindirmək cəhdlərini ifşa edə bildi. Azərbaycan diasporu vahid ,mütəşəkkil və yetkin qüvvə kimi Azərbaycan ordusunun gücünə güc qatdı, ordumuzun Tovuz cəbhəsindəki misilsiz üstünlüklərini lazımi səviyyədə müdafiə etdi və ermənilərin şərəfli ordumuza yaraşmayan adlar qoymasına imkan vermədi.Xarici ölkələrdəki diasporumuz özünün böyük gücünü həm də ermənilərin yüz dəfələrlə çox sayda yaşadlqları və fəaliyyət göstərdikləri ölkələrdə nümayiş etdirdilər.Azərbaycan diasporu özünün mədəni və sivil toplaşmaq ənənələri sayəsində qaniçən və qəddar erməni diasporundan çox mütərəqqi və humanist toplum olduğunu hər kəsə sübut etdi.Azərbaycanlılar qanunlara və birgəyaşayış qaydalarına hörmətlə yanaşdıqları halda, erməni diasporunu qəddar,zülmkar ,barbar və qeyri-sivil kütlə halında gördük.Azərbaycan diasporu mütəşəkkil və mədəni aksiyalarla Ermənistanın Tovuz təxribatlarının əsil mahiyyətini göstərə bildi ,eyni zamanda bir xalq olaraq özünün müqayisəsiz üstünlüklərini də bir daha tanıtdı.Diasporumuz yaşadıqları ölkənin cəmiyyəti ilə sivil qaynayıb-qarışmaq mədəniyyəti nümayiş etdirdi.Azərbaycanlıların sivil hərəkatları erməni diasporunu qanlı ASALA terrorçularının təcrübəsini və cinayətkar iş üsullarını olduğu kimi təkrarlamaq məcburiyyətində qoydu:
"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müraciəti diasporumuzun malik olduğu güc və yetkinlik göstəricilərinin dəyərləndirilməsi baxımından daha çox əhəmiyyətlidir. Mehriban xanımın müraciəti əslində diasporumuzun nələrə qadir olduğunu bir daha göstərdi.Birinci vitse-prezidentin müraciətində Azərbaycan diasporunun nədən bu qədər güclü və mütəşəkkil qüvvəyə çevrildiyinin səbəblərinə də aydınlıq gətirilir. Mehriban xanımın müraciətindən tamamilə haqlı və məntiqli olaraq çıxarılan nəticə budur ki, Azərbaycan diasporu özünün haqq tələbləri, söykəndiyi milli-tarixi köklər ,mənəvi kamillik və humanist prinsiplərə həmişə ali dəyərlər kimi baxması ilə güclüdür.Birinci vitse -prezidentin diasporumuza Azərbaycan dövlətçiliyinin zəruri tərkib hissəsi olmaq və daha sivil davranışlar göstərmək barədə etdiyi çağırışların da böyük önəmi var və əslində bu çağırışlar diasporumuzun bundan sonra daha səmərəli və təsirli fəaliyyətinı təmin edəcək hərəkət planı kimi də dəyərləndirilə bilər".
A.Quliyev bildirib ki, Azərbaycan diasporunun gücünə və roluna Mehriban xanımın belə önəm verməsi həm də onun göstəricisidir ki, məhz diasporumuzun həmlələri altında Paşinyan hakimiyyəti Ermənistanın öz içində bir sıra şok addımlar atmalı oldu.Paşinyanın diaspor komitəsinin ofisini dağıtması xaricdəki erməni diasporunun qabiliyyətsiz fəaliyyətinə tam adekvat cəza tədbirləridir.Paşinyan çarəsiz formada nümayiş etdirir ki,onun diasporu kimlərinsə cibini dolduran murdar ianə toplama mexanizmindən başqa bir şey deyil.Əksinə,Mehriban xanımın haqlı olaraq dediyi kimi ,Azərbaycan diasporu isə saf milli ,tarixi və bəşəri dəyərlər üstündə formalaşmış ,vətən amallarına söykənən dərin mənəviyyat birliyidir.

Tehsil-press.az

Oxşar xəbərlər